Apple yeni bir rekorda imza atdı
Tarix: 22-07-2015 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm / M2 / Texnologiya | çapa göndər
Şirkət son hesabatını yaydı.
Apple 2015-ci ilin III rübündə (aprel-iyun) 49,6 milyard dollar gəlir və 10,7 milyard dollar xalis mənfəət əldə edərək yeni bir rekorda imza atıb.
Bu göstəricilərdə 2014-cü ilin analoji dövrü ilə müqayisədə gəlirləri 33%, xalis mənfəəti isə 39% çoxdur.
Qeyd edək ki, şirkət 2014-cü ilin üçüncü rübündə 37,4 milyard dollar gəlir və 7,7 milyard dollar xalis mənfəət açıqlamışdı.
Şirkətin iPhone satışlarından əldə edəcəyi gəlirlə bağlı proqnozlar özünü doğrulmayıb.
Belə ki, Apple-in iPhone satışlarından gəliri 47 milyon 534 min dollar olub. Bu da ötən ilin analoji, yəni III dövrü ilə müqayisədə 35% çoxdur. Şirkət iPhone satışlarının adıçəkilən dövr üçün 48,8 milyon dollar olacağını proqnozlaşdırmışdı.
Apple 2015-ci ilin birinci rübündə isə 74 milyon 500 min ədəd iPhone satmaqla bütün dövrlərin rekordunu qırmışdı.
Bundan əlavə, şirkətin iPad satışları 2014-cü ilin üçüncü rübünə nisbətən 17% azalaraq, 10 milyon 931 min ədədə düşüb. Şirkət 2014-cü ilinin analoji dövründə isə 12 milyon 623 min ədəd iPad satmışdı.
Xatırladaq ki, şirkət gəlirlərinin 64%-ni ABŞ xaricindən reallaşdırılan satışlardan qazanıb.
Apple proqnozlaşdırır ki, 2015-ci ilin III rübünün sonunda şirkətin gəlirləri 49 - 51 milyard dollar arasında ola bilər. Bazar isə bu proqnozun 51,1 milyard dollar səviyyəsində olacağını bildirmişdi.oxu.az
Xəbəri paylaş
7578 dəfə oxunub.
Digər xəbərlər

16-08-2016, 15:59
Krediti ödəyə bilməyənlərin NƏZƏRİNƏ!
11-02-2016, 09:48
Hərbçilərimiz Helsinkiyə yollanırlar
20-11-2015, 15:44
Bakıda polis dostunu öldürən polisə hökm oxundu – FOTO
15-09-2020, 13:11
Bakı və Ankara üçüncü döyüşə girir
10-08-2015, 12:30
Yasamalda yaşayış binası yanıb - FOTO + YENİLƏNİB
16-05-2016, 00:51
Ali Məhkəmə sədri də Kadırova görə istefa verdi
16-04-2022, 13:16
DYP rəisinin qəza törətməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO (YENİLƏNİB)
26-08-2015, 21:27
5 manata görə 11 il cəza aldılar
12-12-2017, 16:12
“Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” -AQİL ACALOV