Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda qrip virusu ilə bağlı SON VƏZİYYƏT AÇIQLANDI
Azərbaycanda qrip virusu ilə bağlı SON VƏZİYYƏT AÇIQLANDI12-02-2019, 18:00. Yazar: xeber |
"Azərbaycanda qrip virusu ilə bağlı vəziyyət sabitləşib". Xəbəraz.Az xəbər verir ki, bunu report-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda adi qrip virusu yayılıb və insanların vahiməyə düşməsinə heç bir əsas yoxdur: "Ölkədə bu günə qədər qripdən ölüm faktı qeydə alınmayıb. İndiki qrip virusu aparılan müalicə tədbirlərinə tabe olur. Doğrudur, qrip virusu əleyhinə effektiv müalicə vasitəsi yoxdur. Amma, hər halda, həkim məsləhəti altında müalicənin aparılması müsbət nəticə verir. Xəstəlikdən insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. Yüngül formada keçən xəstəlik ev şəraitində, ağır formada olan isə xəstəxana şəraitində müalicə olunmalıdır". Qeyd edək ki, Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir. Geri dön |