Ana Sayfa > Karusel / Hadisə / M2 > Yavaş-yavaş istifadə etmər istədi" - Yaxalandı və... - FOTOLAR

Yavaş-yavaş istifadə etmər istədi" - Yaxalandı və... - FOTOLAR


8-07-2015, 20:37. Yazar: Xeberaz

Yavaş-yavaş istifadə etmər istədi" - Yaxalandı və... - FOTOLAR

Şəmkir polisi xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.

Polis əvvəllər 5 dəfə məhkumluq həyatı yaşayan rayon sakininin üzərindən və mənzilindən 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlayıb.

Xeberaz.az -ın aldığı xəbərə görə Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini 55 yaşlı Çingiz Abdullayev saxlanılıb.

Şöbədə Ç.Abdullayevin üzərinə baxış keçirən polis ondan 11 kibrit qutusu marixuana götürüb. Həmçinin onun Dəllər qəsəbəsindəki evindən xeyli miqdarda narkotik vasitə aşkarlanıb.

Baş müstəntiq Pakizə Quliyeva bildirib: "Onun yaşadığı ünvandan 42 kibrit və sellofan torbada ümumi çəkisi 2 kiloqram 888 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır".

Saxlanılan Ç.Abdullayev marixuananı yol kənarından topladığını və məqsədinin narkotikə olan ehtiyacını ödəmək olduğunu deyib.

Saxlanılan şəxs deyib: "Zəyəm qəsəbəsində yolun kənarından yığmışdım. 10 qutu götürüb cibimə qoydum ki, yavaş-yavaş istifadə edim. Amma bu mənə qismət olmadı".

Qeyd edək ki, Ç.Abdullayev əvvəllər xuliqanlıq, oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün ümumilikdə 34 il məhkumluq həyatı yaşayıb. /Kəpəz tv/




Geri dön