Yavaş-yavaş istifadə etmər istədi" - Yaxalandı və... - FOTOLAR
Tarix: 08-07-2015 | Saat: 20:37
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Şəmkir polisi xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb.
Polis əvvəllər 5 dəfə məhkumluq həyatı yaşayan rayon sakininin üzərindən və mənzilindən 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlayıb.
Xeberaz.az -ın aldığı xəbərə görə Şəmkir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini 55 yaşlı Çingiz Abdullayev saxlanılıb.
Şöbədə Ç.Abdullayevin üzərinə baxış keçirən polis ondan 11 kibrit qutusu marixuana götürüb. Həmçinin onun Dəllər qəsəbəsindəki evindən xeyli miqdarda narkotik vasitə aşkarlanıb.
Baş müstəntiq Pakizə Quliyeva bildirib: "Onun yaşadığı ünvandan 42 kibrit və sellofan torbada ümumi çəkisi 2 kiloqram 888 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır".
Saxlanılan Ç.Abdullayev marixuananı yol kənarından topladığını və məqsədinin narkotikə olan ehtiyacını ödəmək olduğunu deyib.
Saxlanılan şəxs deyib: "Zəyəm qəsəbəsində yolun kənarından yığmışdım. 10 qutu götürüb cibimə qoydum ki, yavaş-yavaş istifadə edim. Amma bu mənə qismət olmadı".
Qeyd edək ki, Ç.Abdullayev əvvəllər xuliqanlıq, oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün ümumilikdə 34 il məhkumluq həyatı yaşayıb. /Kəpəz tv/
Xəbəri paylaş
5738 dəfə oxunub.
Digər xəbərlər

6-02-2018, 11:16
"Bitcoin" kəskin UCUZLAŞDI
13-11-2018, 12:22
Lənkəranın sel basmış kəndində son vəziyyət - FOTO
16-06-2017, 11:36
Metyu Brayza: “ABŞ rəhbərliyində Qarabağ münaqişəsinin həlli ilə məşğul olacaq siyasətçi yoxdur”
27-05-2023, 17:18
Azərbaycanlı reper narkotikə görə saxlanıldı, ölkədən qovulur
17-11-2017, 12:29
İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR
27-04-2018, 19:27
İnsan, onun haqqını basanı bağışlamalıdırmı?
16-03-2017, 12:56
Evlililik verilişlərinin hamısı bağlanacaq - 120 min şikayət
7-05-2015, 20:48
Zakir Həsənov HHM qoşunlarının döyüş hazırlığını yoxladı - FOTO
12-08-2016, 10:50
Azərbaycanda daha bir SEVGİ FACİƏSİ: 25 yaşlı oğlan özünü asdı