Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Bu qidalar sizi qripdən qoruyacaq - SİYAHI
Bu qidalar sizi qripdən qoruyacaq - SİYAHI30-09-2017, 19:22. Yazar: Xeberaz |
Həmin siyahını təqdim edirik: Cəfəri: C vitamini və dəmir anbarıdır. Böyrəkləri təmizləyir və qan şəkərini nizamlayır. İspanaq: İmmunitet sistemini gücləndirən ispanaq dəmir baxımından zəngindir. Beta-karotin ehtiva etdiyi üçün yaşla birlikdə ortaya çıxan göz xəstəliklərinə qarşı da təsirlidir. Kələm: Tərkibi qocalmağın qarşısını alan minerallar, xüsusən də natriumla zəngindir. Mədə və qida borusu xərçəngi təhlükəsini azaldır. Kələm növlərində olan U vitamini, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Dəri sağlamlığı üçün faydalıdır. Brüssel kələmi: Az bişirilməsi və ya çiy istehlak edilməsi daha məqsədəuyğundur. İmmunitet sistemini gücləndirir. Lif, A, C vitaminləri və fol dəri sağlamlığı üçün də faydalıdır. Balqabaq: Balqabaq zəngin lif, A vitamini, fosfor və kalsiumdan ibarətdir. Lifli yeməklər bağırsaq xərçənginin yaranmasının qarşısını alır. Soğan-sarımsaq: İmmunitet sistemini gücləndirməkdə olduqca təsirlidir. Naringi: Zəngin C vitamini xüsusilə qış aylarında xəstəliklərdən müdafiə edir. Portağal: C vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir edir. Qreyfrut: C Vitamini baxımından zəngin olan qreyfrut immunitet sistemi üçün olduqca yararlıdır. Armud: A, B1, B2, B3, B6 və C vitaminləri ilə zəngindir. Qabıqlı olaraq istehlak edilməsi bağırsaq sağlamlığı üçün çox faydalıdır. Razyana: Tərkibində uçucu yağlar olduğu üçün qaynatmaq olmaz, isti suda dəmləmə şəklində saxlayıb içilməlidir. Razyana kalsium, kalium kimi minerallarla yanaşı, B vitamini ilə zəngindir. O, bədən müqavimətini artırır, nizamlı istifadə edildikdə xolesterini aşağı salır. Sarıkök: Sarıkök antioksidant mənbəyidir. İltihabönləyici xüsusiyyətə malik olan sarıkök immuniteti güncləndirir. Eyni zamanda mədə pozğunluğunun qarşısını alır. Kəvər: C, K və B vitamini anbarıdır. Bundan başqa, kalium, kalsium, silisium, maqnezium, kükürd, mis baxımından olduqca zəngindir. Eyni zamanda bağırsaqların işini yaxşılaşdıraraq qəbizlik problemini aradan qaldırır. Geri dön |