Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu qidalar sizi qripdən qoruyacaq - SİYAHI
Tarix: 30-09-2017 | Saat: 19:22
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Bu qidalar sizi qripdən qoruyacaq




Türkiyəli dietoloq Vildan Kabataş qışda immuniteti gücləndirib xəstəliklərdən qoruyan qidaların siyahısını açıqlayıb.
Həmin siyahını təqdim edirik:
Cəfəri: C vitamini və dəmir anbarıdır. Böyrəkləri təmizləyir və qan şəkərini nizamlayır.
İspanaq: İmmunitet sistemini gücləndirən ispanaq dəmir baxımından zəngindir. Beta-karotin ehtiva etdiyi üçün yaşla birlikdə ortaya çıxan göz xəstəliklərinə qarşı da təsirlidir.
Kələm: Tərkibi qocalmağın qarşısını alan minerallar, xüsusən də natriumla zəngindir. Mədə və qida borusu xərçəngi təhlükəsini azaldır. Kələm növlərində olan U vitamini, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Dəri sağlamlığı üçün faydalıdır.
Brüssel kələmi: Az bişirilməsi və ya çiy istehlak edilməsi daha məqsədəuyğundur. İmmunitet sistemini gücləndirir. Lif, A, C vitaminləri və fol dəri sağlamlığı üçün də faydalıdır.
Balqabaq: Balqabaq zəngin lif, A vitamini, fosfor və kalsiumdan ibarətdir. Lifli yeməklər bağırsaq xərçənginin yaranmasının qarşısını alır.
Soğan-sarımsaq: İmmunitet sistemini gücləndirməkdə olduqca təsirlidir.
Naringi: Zəngin C vitamini xüsusilə qış aylarında xəstəliklərdən müdafiə edir.
Portağal: C vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir edir.
Qreyfrut: C Vitamini baxımından zəngin olan qreyfrut immunitet sistemi üçün olduqca yararlıdır.
Armud: A, B1, B2, B3, B6 və C vitaminləri ilə zəngindir. Qabıqlı olaraq istehlak edilməsi bağırsaq sağlamlığı üçün çox faydalıdır.
Razyana: Tərkibində uçucu yağlar olduğu üçün qaynatmaq olmaz, isti suda dəmləmə şəklində saxlayıb içilməlidir. Razyana kalsium, kalium kimi minerallarla yanaşı, B vitamini ilə zəngindir. O, bədən müqavimətini artırır, nizamlı istifadə edildikdə xolesterini aşağı salır.
Sarıkök: Sarıkök antioksidant mənbəyidir. İltihabönləyici xüsusiyyətə malik olan sarıkök immuniteti güncləndirir. Eyni zamanda mədə pozğunluğunun qarşısını alır.
Kəvər: C, K və B vitamini anbarıdır. Bundan başqa, kalium, kalsium, silisium, maqnezium, kükürd, mis baxımından olduqca zəngindir. Eyni zamanda bağırsaqların işini yaxşılaşdıraraq qəbizlik problemini aradan qaldırır.


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
3-05-2022, 03:28 ƏFSANƏ BAĞLANIR

bütün xəbərlər
____ Instagram ___