Ana Sayfa > Karusel / Maraqlı / M2 > Trampdan biznes məsləhətləri - Milyarder olmaq istəyənlər, diqqət!
Trampdan biznes məsləhətləri - Milyarder olmaq istəyənlər, diqqət!10-09-2017, 20:54. Yazar: Xeberaz |
Lakin bütün bunlara baxmayaraq, qalmaqallı prezident biznesmen fəaliyyətini davam etdirir. Onun bir fəlsəfəsi var – milyarder kimi düşün və sən milyarder olacaqsan. Bununla yanaşı, Tramp hər zaman öz qəddar və praqmatik müdrikliyini hər kəslə paylaşmağa hazırdır. ▪ Həyata qarşı pozitiv münasibətinin daim qələbə qazanmasına imkan ver: öz optimistliyində inadkar ol. ▪ İşdən azad etmək – vacib və məsuliyyətli bir prosesdir. Düzdür, işdən qovmaq xoş olmasa da, xəstə budağı kəsməklə, bütün ağacı xilas etmək olar. ▪ Bilik üçün səbr, fəaliyyət üçün cəsarət lazımdır. Səbr və cəsarəti birləşdirin və qalib olacaqsınız. ▪ İntuisiyanıza qulaq asın. Əslində hara getmək istədiyiniz yalnız sizin özünüzə məlumdur. ▪ Nümunə göstərin və sizə lazım olan insanlar özləri sizi tapacaqlar. Bu sizə xoş gələn insanlarla işləməyin ən yaxşı yoludur. ▪ Risk etməkdən qorxmayın, sevdiyiniz işlə məşğul olun, öz hərəkət istiqamətinizi özünüz seçin. ▪ Milyarderlər üçün iş və məmnunluq – hər ikisi eyni şeydir. ▪ Heç vaxt məzuniyyət götürməyin. Nəyinizə gərəkdir? Əgər işiniz sizə məmnunluq qazandırmırsa, demək lazım olan yerdə işləmirsiniz. Mən isə qolf oynayıram və öz biznesimi davam etdirirəm. ▪ Mənim devizim budur: Ən yaxşıları işə götür – və heç bir şeydə onlara etibar etmə. ▪ Ciddi olun, öz nailiyyət və qüvvənizi lazımi ana saxlayın. ▪ Əminəm ki, insan lazım bildiyi qədər pul xərcləməlidir. Lakin həmçinin bir şeyə də əminəm ki, mümkün olduğu qədər də çox xərcləmək lazım deyil. Geri dön |