Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Trampdan biznes məsləhətləri - Milyarder olmaq istəyənlər, diqqət!
Tarix: 10-09-2017 | Saat: 20:54
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Trampdan biznes məsləhətləri
Son zamanlara qədər sadəcə biznes sahəsində məşhur olan amerikalı milyarder Donald Tramp ABŞ prezidentliyinə namizəd olduqdan sonra öz qalmaqallı çıxışları və iddiaları ilə də gündəmə gəldi və hazırda da bütün dünya üzrə müzakirə mövzusu olaraq qalmaqdadır.
Lakin bütün bunlara baxmayaraq, qalmaqallı prezident biznesmen fəaliyyətini davam etdirir. Onun bir fəlsəfəsi var – milyarder kimi düşün və sən milyarder olacaqsan. Bununla yanaşı, Tramp hər zaman öz qəddar və praqmatik müdrikliyini hər kəslə paylaşmağa hazırdır. 
▪ Həyata qarşı pozitiv münasibətinin daim qələbə qazanmasına imkan ver: öz optimistliyində inadkar ol.  
▪ İşdən azad etmək – vacib və məsuliyyətli bir prosesdir. Düzdür, işdən qovmaq xoş olmasa da, xəstə budağı kəsməklə, bütün ağacı xilas etmək olar.  
▪ Bilik üçün səbr, fəaliyyət üçün cəsarət lazımdır. Səbr və cəsarəti birləşdirin və qalib olacaqsınız.  
▪ İntuisiyanıza qulaq asın. Əslində hara getmək istədiyiniz yalnız sizin özünüzə məlumdur. 
▪ Nümunə göstərin və sizə lazım olan insanlar özləri sizi tapacaqlar. Bu sizə xoş gələn insanlarla işləməyin ən yaxşı yoludur. 
▪ Risk etməkdən qorxmayın, sevdiyiniz işlə məşğul olun, öz hərəkət istiqamətinizi özünüz seçin. 
▪ Milyarderlər üçün iş və məmnunluq – hər ikisi eyni şeydir. 
▪ Heç vaxt məzuniyyət götürməyin. Nəyinizə gərəkdir? Əgər işiniz sizə məmnunluq qazandırmırsa, demək lazım olan yerdə işləmirsiniz. Mən isə qolf oynayıram və öz biznesimi davam etdirirəm.
▪ Mənim devizim budur: Ən yaxşıları işə götür – və heç bir şeydə onlara etibar etmə.
▪ Ciddi olun, öz nailiyyət və qüvvənizi lazımi ana saxlayın. 
▪ Əminəm ki, insan lazım bildiyi qədər pul xərcləməlidir. Lakin həmçinin bir şeyə də əminəm ki, mümkün olduğu qədər də çox xərcləmək lazım deyil. 


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___