Ana Sayfa > Karusel / İdman / Xəbəraz TV > Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”
Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”4-09-2017, 10:45. Yazar: Xeberaz |
Boksçularımızdan Kamran Şahsuvarlı üçüncü olduğu halda, ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub. Vətənə dönən komandamızı hava limanında qarşılayan Apasport.az-ın müxbiri dünya çempionu Məhəmmədrəsul Məcidovun fikirlərini öyrənib. - Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz? - Təşəkkür edirəm. Çox xoş, çox gözəl hisslərdir. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram. - Həlledici döyüş necə keçdi? - Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim. - Komanda yoldaşlarından bəziləri hakim ədalətsizliyi səbəbindən məğlub oldu. Bu barədə nə deyə bilərsiz? - Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq. - Komanda hesabında Avropa ölkələri arasında hər kəsi qabaqladınız... - Bəli, Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi. - Hakimlik haqqında nə deyə bilərsiniz? - Hakimlik haqqında nə deyə bilərəm? Mənə qarşı bir qərəz olmadı. Geri dön |