Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”
Tarix: 04-09-2017 | Saat: 10:45
Bölmə:Karusel / İdman / Xəbəraz TV | çapa göndər


Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb.
 
Boksçularımızdan Kamran Şahsuvarlı üçüncü olduğu halda, ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
 
Vətənə dönən komandamızı hava limanında qarşılayan Apasport.az-ın müxbiri dünya çempionu Məhəmmədrəsul Məcidovun fikirlərini öyrənib.
 
- Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz?
- Təşəkkür edirəm. Çox xoş, çox gözəl hisslərdir. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram.
 
- Həlledici döyüş necə keçdi?
- Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim.
 
- Komanda yoldaşlarından bəziləri hakim ədalətsizliyi səbəbindən məğlub oldu. Bu barədə nə deyə bilərsiz?
- Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq.
 
- Komanda hesabında Avropa ölkələri arasında hər kəsi qabaqladınız...
- Bəli, Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi.
 
- Hakimlik haqqında nə deyə bilərsiniz?
- Hakimlik haqqında nə deyə bilərəm? Mənə qarşı bir qərəz olmadı.




Xəbəri paylaş

6878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___