Ana Sayfa > Karusel / Maraqlı > Sizi cavanlaşdıracaq qidaların - Siyahısı

Sizi cavanlaşdıracaq qidaların - Siyahısı


20-07-2017, 11:53. Yazar: Xeberaz



Amerikanın "Qadın sağlamlığı" ("Women's Health") jurnalı Sandra Ballak, Rihanna və Lindsay Lohan kimi məşhurların dərilərini gözəlləşdirmək üçün bol-bol istehlak etdiyi qidaları araşdırıb. Araşdırma nəticəsində tərtib edilən siyahıda 6 qida yer alıb.
Dərinizi cavanlaşdırıb, gözəlləşdirəcək qidaların siyahısını təqdim edirik:
1. Somon balığı - bu balıq malik olduğu Omeqa-3 yağ turşuları ilə dərini quru görünüşdən xilas edir və günəş şüalarının zərərləri təsirindən qoruyur.
2. Kök - yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin turşuluq miqdarını nizamlayır və bakteriyalardan qoruyur.
3. Avokado - zeytunyağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.
4. Paxla - antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.
5. Üzüm - üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.
6. Su - dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.
Geri dön