Ana Sayfa > Karusel / İdman > “Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı” - Mirhüseyn

“Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı” - Mirhüseyn


13-07-2017, 11:24. Yazar: Xeberaz


“İnter” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Fola”nı 1:0 hesabı ilə məğlub edib.Məlumata görə, Lüksemburq təmsilçisinin qapısına vurulan yeganə qolun müəllifi olan Mirhüseyn Seyidov görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli yarımmüdafiəçi ilk olaraq qarşılaşma barədə fikirlərini açıqlayıb:


- Lüksemburq klubuna qarşı çətinlik çəkdik. Belə olacağını da gözləyirdik. Amma çətinliyin bu dərəcədə olacağını düşünmürdük.  

- Qol vurduğun epizodda zərbə anını necə şərh edə bilərsən?
- Elə bil kimsə mənə ora “get” dedi. Top da mənim üzərimə gəlirdi. Öz növbəmdə üzərimə düşəni etdim. 
- Avrokuboklarda “Neftçi”nin heyətində “Koper”ə də gözəl qol vurmuşdun. Bu 2 qoldan hansı daha baxımlıdır?
- Demək olar ki, oxşar idilər. Həmin oyunda “Koper”ə uduzmuşduq. Əsas odur ki, bu qolum komanda üçün kömək olsun.

- Necə düşünürsən, bu qol əsas heyətdə yerini möhkəmləndirməyə kömək olacaq?
- Məşqçi də çox istəyir ki, oynayım. Hər şeyi məşqçinin üzərinə atmaq düz deyil. Açığı, "Neftçi"dən sonra "İnter"də bir az çətin idi, sanki unudulmuşdum. Amma artıq yavaş-yavaş özümə gəlirəm. Burdayamsa, daha yaxşı oynamalıyam. Çalışıram ki, formamı bərpa edim.

- 1:0-lıq qələbədən sonra səfər matçından nə gözləmək olar?
- Lüksemburq təmsilçisi olsa belə, rəqibə yuxarıdan baxmaq olmaz. Bu, bizə dərs oldu. Daha diqqətli olacağıq.

- Svanadze oyundan qabaq komandanın arxayınlaşacağından ehtiyat etdiyini bildirmişdi. Bu gün belə bir hal baş verdi?
- Açığı, Serbiya futbolu Lüksemburqdan güclü olduğunu nəzərə alaraq, düşünürdük ki, "Mladost"a iki oyuna 5 dənə vurmuşuqsa, "Fola"nı da asanlıqla yenəcəyik. Qınamayın, futbolda belə şeylər olur. Ola bilsin, iki oyunun yekununda 5:0 hesablı üstünlük bizi bir az arxayınlaşdırmışdı. Bu gün 1 qol vursaq da, yaxşı haldır ki, evdə top buraxmadıq. Cavab görüşündə bundan daha yaxşı çıxış edəcəyik. 

- Sanki fiziki cəhətdən tam hazır deyilsən. Həqiqətən belədir, yoxsa kənardan elə görünür?..
- Öz səhvlərimi bilirəm, düzəltməyə çalışacam.
 
- "Neftçi"dən ayrıldıqdan sonra üzləşdiyin psixoloji gərginlikdən bu qolla çıxa biləcəksən?
- Düşünürəm ki, bu qol hardasa kömək edəcək. Qarşımızda cavab görüşü var. Gələn ay Premyer Liqa start götürür və qarşıda avrokubok matçları da var. Formaya düşmək üçün çalışacam. 

- Ötən ev oyununda topla xanım aparıcını vurdun, bu dəfə isə qələbə qolunun müəllifi oldun. 3-cü dəfə nə ilə gündəmi zəbt edəcəksən?
- Həmin epizoddan sonra deyirdilər ki, futbolçular qapıya vura bilmirlər... Amma qapını da dəqiq nişan ala bildik. Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı və uğurlu oldu.
Geri dön