“Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı” - Mirhüseyn
Tarix: 13-07-2017 | Saat: 11:24
Bölmə:Karusel / İdman | çapa göndər
“İnter” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Fola”nı 1:0 hesabı ilə məğlub edib.Məlumata görə, Lüksemburq təmsilçisinin qapısına vurulan yeganə qolun müəllifi olan Mirhüseyn Seyidov görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli yarımmüdafiəçi ilk olaraq qarşılaşma barədə fikirlərini açıqlayıb:
- Lüksemburq klubuna qarşı çətinlik çəkdik. Belə olacağını da gözləyirdik. Amma çətinliyin bu dərəcədə olacağını düşünmürdük.
- Qol vurduğun epizodda zərbə anını necə şərh edə bilərsən?
- Elə bil kimsə mənə ora “get” dedi. Top da mənim üzərimə gəlirdi. Öz növbəmdə üzərimə düşəni etdim.
- Avrokuboklarda “Neftçi”nin heyətində “Koper”ə də gözəl qol vurmuşdun. Bu 2 qoldan hansı daha baxımlıdır?
- Demək olar ki, oxşar idilər. Həmin oyunda “Koper”ə uduzmuşduq. Əsas odur ki, bu qolum komanda üçün kömək olsun.
- Necə düşünürsən, bu qol əsas heyətdə yerini möhkəmləndirməyə kömək olacaq?
- Məşqçi də çox istəyir ki, oynayım. Hər şeyi məşqçinin üzərinə atmaq düz deyil. Açığı, "Neftçi"dən sonra "İnter"də bir az çətin idi, sanki unudulmuşdum. Amma artıq yavaş-yavaş özümə gəlirəm. Burdayamsa, daha yaxşı oynamalıyam. Çalışıram ki, formamı bərpa edim.
- 1:0-lıq qələbədən sonra səfər matçından nə gözləmək olar?
- Lüksemburq təmsilçisi olsa belə, rəqibə yuxarıdan baxmaq olmaz. Bu, bizə dərs oldu. Daha diqqətli olacağıq.
- Svanadze oyundan qabaq komandanın arxayınlaşacağından ehtiyat etdiyini bildirmişdi. Bu gün belə bir hal baş verdi?
- Açığı, Serbiya futbolu Lüksemburqdan güclü olduğunu nəzərə alaraq, düşünürdük ki, "Mladost"a iki oyuna 5 dənə vurmuşuqsa, "Fola"nı da asanlıqla yenəcəyik. Qınamayın, futbolda belə şeylər olur. Ola bilsin, iki oyunun yekununda 5:0 hesablı üstünlük bizi bir az arxayınlaşdırmışdı. Bu gün 1 qol vursaq da, yaxşı haldır ki, evdə top buraxmadıq. Cavab görüşündə bundan daha yaxşı çıxış edəcəyik.
- Sanki fiziki cəhətdən tam hazır deyilsən. Həqiqətən belədir, yoxsa kənardan elə görünür?..
- Öz səhvlərimi bilirəm, düzəltməyə çalışacam.
- "Neftçi"dən ayrıldıqdan sonra üzləşdiyin psixoloji gərginlikdən bu qolla çıxa biləcəksən?
- Düşünürəm ki, bu qol hardasa kömək edəcək. Qarşımızda cavab görüşü var. Gələn ay Premyer Liqa start götürür və qarşıda avrokubok matçları da var. Formaya düşmək üçün çalışacam.
- Ötən ev oyununda topla xanım aparıcını vurdun, bu dəfə isə qələbə qolunun müəllifi oldun. 3-cü dəfə nə ilə gündəmi zəbt edəcəksən?
- Həmin epizoddan sonra deyirdilər ki, futbolçular qapıya vura bilmirlər... Amma qapını da dəqiq nişan ala bildik. Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı və uğurlu oldu.
Xəbəri paylaş
7258 dəfə oxunub.
Digər xəbərlər

16-08-2022, 16:53
Generalın köməkçisi intim videoları hansı məqsədlə çəkib? - İLGİNC
18-11-2022, 12:46
Sabah dumanlı hava olacaq
28-08-2019, 12:13
AQTA toyda kütləvi zəhərlənməyə görə İsmayıllıya işçi qrup ezam etdi
13-05-2016, 22:15
Putin hədələdi: “ABŞ raketlərinə görə...”
18-09-2018, 12:05
Qardaşlarının yanında kişi ilə yatdı, videoya çəkdi, sonra... - Azərbaycanda dəhşətli hadisə
10-12-2016, 11:52
Paytaxtda bəzi yollar bağlanacaq
13-03-2023, 10:06
Tovuzda 20 yaşlı qız hoteldə ölü tapıldı
23-02-2016, 18:05
Masallı DSMF-nin bir qrup əməkdaşı həbs olundu
22-08-2016, 15:17
Rövşən Lənkəranski barədə film çəkildi - "AZERBAYCANSKİY VOR" /VİDEO/
25-11-2022, 10:51
QURANda adı çəkilən meyvənin 10 İNANILMAZ FAYDASI