Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV / Reportaj > Beş cüdoçumuz uduzdu - + Canlı
Beş cüdoçumuz uduzdu - + Canlı25-06-2015, 13:59. Yazar: Xeberaz |
Bu gün Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək. Xeberaz.az xəbər verir ki, “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına idman arenasında keçiriləcək yarışda Azərbaycan cüdoçuları da mübarizəyə qoşulacaqlar. Yarışın ilk günündə 8 idmançımız mübarizəyə qoşulacaq. 60 kq çəki dərəcəsində Orxan Səfərov 1/8 final mərhələsindən mübarizəyə başlayacaq. Eyni çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyevin rəqibi müəyyənləşməyib. 66 kq-da Nicat Şixəlizadə 13:00-da xalça üzərində çıxacaq. Onun 1/16 final mərhələsindəki rəqibi türkiyəli Sinan Sandaldır. 66 kq-da yarışacaq daha bir cüdoçumuz Tərlan Kərimovun 1/16 final mərhələsindəki rəqibi rusiyalı Mixail Pulyayevdir. Bu görüş 13.12-də start götürəcək. Qadınların mübarizəsində ilk olaraq 48 kq çəki dərəcəsində meydana Leyla Əliyeva çıxacaq. O, 1/16 final mərhələsində mübarizəyə başlayacaq. Əliyeva burda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələcək. 48 kq-da daha bir idmançımız Aişə Qurbanlı da 1/16 finalda mübarizəyə start verəcək. Onun bu mərhələdə rəqibi rusiyalı Kristina Rumyanstevadır. 52 kq-da Sakina Zayirova 1/16 final mərhələsində israilli Roni Şvartsla üz-üzə gələcək. 57 kq-da Kifayət Qasımova 1/16 final mərhələsində seriyalı Jovana Roqiçlə qarşılaşacaq. *** Leyla Əliyeva sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib və görüşdən qalib kimi ayrılıb. 48 kq-da daha bir idmançımız Aişə Qurbanlı rusiyalı Kristina Rumyanstevaya qalib gəlib. *** Nicat Şıxəlizadə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla qarşılaşıb və ippomla qələbə qazanıb. *** Tərlan Kərimov isə startda rusiyalı Mixail Pulyayevə məğlub olub. Leyla Əliyeva 1/8 finalda belçikalı Şarlin van Snikə uduzub. *** Kifayə Qasımova sebriyalı Yovana Roqiçə, Aişə Qurbanlı italiyalı Valentina Moskatta uduzub. Geri dön |