Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beş cüdoçumuz uduzdu - + Canlı
Tarix: 25-06-2015 | Saat: 13:59
Bölmə:Karusel / İdman / M2 / Xəbəraz TV / Reportaj | çapa göndər

Beş cüdoçumuz uduzdu - + Canlı

Bu gün Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək.


Xeberaz.az xəbər verir ki, “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına idman arenasında keçiriləcək yarışda Azərbaycan cüdoçuları da mübarizəyə qoşulacaqlar. Yarışın ilk günündə 8 idmançımız mübarizəyə qoşulacaq.

60 kq çəki dərəcəsində Orxan Səfərov 1/8 final mərhələsindən mübarizəyə başlayacaq. Eyni çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyevin rəqibi müəyyənləşməyib.

66 kq-da Nicat Şixəlizadə 13:00-da xalça üzərində çıxacaq. Onun 1/16 final mərhələsindəki rəqibi türkiyəli Sinan Sandaldır.

66 kq-da yarışacaq daha bir cüdoçumuz Tərlan Kərimovun 1/16 final mərhələsindəki rəqibi rusiyalı Mixail Pulyayevdir. Bu görüş 13.12-də start götürəcək.

Qadınların mübarizəsində ilk olaraq 48 kq çəki dərəcəsində meydana Leyla Əliyeva çıxacaq. O, 1/16 final mərhələsində mübarizəyə başlayacaq. Əliyeva burda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələcək.

48 kq-da daha bir idmançımız Aişə Qurbanlı da 1/16 finalda mübarizəyə start verəcək. Onun bu mərhələdə rəqibi rusiyalı Kristina Rumyanstevadır.

52 kq-da Sakina Zayirova 1/16 final mərhələsində israilli Roni Şvartsla üz-üzə gələcək.

57 kq-da Kifayət Qasımova 1/16 final mərhələsində seriyalı Jovana Roqiçlə qarşılaşacaq.

***

Leyla Əliyeva sloveniyalı Kristina Vrsiçlə üz-üzə gəlib və görüşdən qalib kimi ayrılıb.

48 kq-da daha bir idmançımız Aişə Qurbanlı rusiyalı Kristina Rumyanstevaya qalib gəlib.

***

Nicat Şıxəlizadə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla qarşılaşıb və ippomla qələbə qazanıb.

***

Tərlan Kərimov isə startda rusiyalı Mixail Pulyayevə məğlub olub.

Leyla Əliyeva 1/8 finalda belçikalı Şarlin van Snikə uduzub.

***

Kifayə Qasımova sebriyalı Yovana Roqiçə, Aişə Qurbanlı italiyalı Valentina Moskatta uduzub.


Xəbəri paylaş

7328 dəfə oxunub.

Digər xəbərlər
2-09-2015, 20:44 Sərməs ( HEKAYƏ)

bütün xəbərlər
____ Instagram ___