Ana Sayfa > Karusel / Hadisə > Xəstəxanada ölən 7 körpə bir yerdə dəfn olunub? - Şok ittihamla bağlı açıqlama
Xəstəxanada ölən 7 körpə bir yerdə dəfn olunub? - Şok ittihamla bağlı açıqlama5-06-2017, 14:34. Yazar: Xeberaz |
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası hamiləlik zamanı sağlam olduğu, lakin keysəriyyə əməliyyatı ilə doğulduqdan sonra öldüyü iddia edilən, öldükdən sonra uşağın meyitinin valideynlərinə verilməməsi və uşağın 7 körpə ilə birlikdə qəbiristanlıqda bir yerdə dəfn olunmasına münasibət bildirib. "Xəbəraz.az" xəbər verir ki, xəstəxananın baş həkiminin müavini Mahir Babayev trend-ə bildirib ki, şikayət edən 37 yaşlı Günay Axundova xəstəxanaya çox ağır vəziyyətdə daxil olub: "Onun böyrək problemləri, qan azlığı olub. Uşaq yarımçıq doğulub. Ananı kritik vəziyyətdən xilas etmişik. Ana reanimasiyada yatıb. Ona uşağının ölməyi barədə məlumat verilmişdi”. M.Babayev qeyd edib ki, aprelin 7-də rəhmətə getmiş uşağın meyiti həmin gün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib: “Valideynlər gedəndə uşağın meyitini aparmayıblar. Buna görə də uşaq rəsmi qaydada - aktla, protokolla dəfn edilib”. M.Babayev qeyd edib ki, valideynin xəstəxanadan çıxan zaman uşağın meyitini hansı səbəbdən aparmaması barədə fikir yürüdə bilməz: “Bununla bağlı heç nə deyə bilmərəm". M.Babayevin sözlərinə görə, bu məsələ hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən araşdırılıb və şikayətçinin iddiasının əsassız olduğu tam təsdiqini tapıb. Hazırda bu işə Apelyasiya Məhkəməsi tərəfindən baxıldığını deyən baş həkimin müavini qeyd edib ki, qəbiristanlıqda 7 uşağın birlikdə basdırılması məsələsinə münasibət bildirə bilməz: “Bu məsələ bizlik deyil. Uşaq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onlar da belə kimsəsiz şəxsləri qolunda yazı ilə dənf edilirlər”. Qeyd edək ki, 37 yaşlı Günay Axundova KİV-ə açıqlamasında aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə doğuş etdiyini, lakin uşağının öldüyünü, öldükdən sonra isə uşağın cəsədini tapa bilmədiklərini deyib. Şikayətçi daha sonra bunları söyləyib: “Morqda çalışan şəxs bizə körpənin doğulan gün öldüyünü, soyuducu işləmədiyinə görə onun aprelin 7-si Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını dedi. Tabutun nömrəsini götürdükdən sonra getdim həmin qəbiristanlığa. Ordan isə mənə uşağın aprelin 12-də yeddi körpə cəsədi ilə bir qutuda gətirilərək elə bir yerdə də basdırıldığını bildirdilər”. Geri dön |