Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəstəxanada ölən 7 körpə bir yerdə dəfn olunub? - Şok ittihamla bağlı açıqlama
Tarix: 05-06-2017 | Saat: 14:34
Bölmə:Karusel / Hadisə | çapa göndər

Xəstəxanada ölən 7 körpə bir yerdə dəfn olunub?


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası hamiləlik zamanı sağlam olduğu, lakin keysəriyyə əməliyyatı ilə doğulduqdan sonra öldüyü iddia edilən, öldükdən sonra uşağın meyitinin valideynlərinə verilməməsi və uşağın 7 körpə ilə birlikdə qəbiristanlıqda bir yerdə dəfn olunmasına münasibət bildirib.
"Xəbəraz.az" xəbər verir ki, xəstəxananın baş həkiminin müavini Mahir Babayev trend-ə bildirib ki, şikayət edən 37 yaşlı Günay Axundova xəstəxanaya çox ağır vəziyyətdə daxil olub: "Onun böyrək problemləri, qan azlığı olub. Uşaq yarımçıq doğulub. Ananı kritik vəziyyətdən xilas etmişik. Ana reanimasiyada yatıb. Ona uşağının ölməyi barədə məlumat verilmişdi”.
M.Babayev qeyd edib ki, aprelin 7-də rəhmətə getmiş uşağın meyiti həmin gün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib: “Valideynlər gedəndə uşağın meyitini aparmayıblar. Buna görə də uşaq rəsmi qaydada - aktla, protokolla dəfn edilib”.
M.Babayev qeyd edib ki, valideynin xəstəxanadan çıxan zaman uşağın meyitini hansı səbəbdən aparmaması barədə fikir yürüdə bilməz: “Bununla bağlı heç nə deyə bilmərəm".
M.Babayevin sözlərinə görə, bu məsələ hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən araşdırılıb və şikayətçinin iddiasının əsassız olduğu tam təsdiqini tapıb.
Hazırda bu işə Apelyasiya Məhkəməsi tərəfindən baxıldığını deyən baş həkimin müavini qeyd edib ki, qəbiristanlıqda 7 uşağın birlikdə basdırılması məsələsinə münasibət bildirə bilməz:
“Bu məsələ bizlik deyil. Uşaq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onlar da belə kimsəsiz şəxsləri qolunda yazı ilə dənf edilirlər”.
Qeyd edək ki, 37 yaşlı Günay Axundova KİV-ə açıqlamasında aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə doğuş etdiyini, lakin uşağının öldüyünü, öldükdən sonra isə uşağın cəsədini tapa bilmədiklərini deyib.
Şikayətçi daha sonra bunları söyləyib: “Morqda çalışan şəxs bizə körpənin doğulan gün öldüyünü, soyuducu işləmədiyinə görə onun aprelin 7-si Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını dedi. Tabutun nömrəsini götürdükdən sonra getdim həmin qəbiristanlığa. Ordan isə mənə uşağın aprelin 12-də yeddi körpə cəsədi ilə bir qutuda gətirilərək elə bir yerdə də basdırıldığını bildirdilər”.


Xəbəri paylaş

8418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___