Ana Sayfa > Karusel / Səhiyyə > Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur!

Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur!


2-06-2017, 13:40. Yazar: Xeberaz
b_520_0_16777215_0___images_stories_SAGLAMQIDA_terevez_35.jpeg
Elmi araşdırmalar göstərib ki, kələmin bütün növləri (ağ kələm, qırmızı kələm, gül kələmi, pekin kələmi, kolrabi, brokkoli) güclü xərçəngəleyhinə təsirə malikdir.
Bütün kələm növlərində kanserogen (xərçəngin inkişafına təkan verən) maddələrini neytrallaşdıran və bununla da xərçəngin riskini azaldan "sulforafan" var. Bu maddə xüsusilə brokkoli kələmində çoxdur.
Müxtəlif ölkələrdə laboratoriya heyvanları üzərində aparılan eksperimentlər göstərib ki, kələmin bütün növləri xərçəng hüceyrələrinin inkişafını və yayılmasını xeyli ləngidir.
Həkimlər insanlara hər gün müxtəlif kələm növlərini qidalanmalarına daxil etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, kələm mümkün qədər çiy və ya buğda bişirilmiş halda (kələm salatı, buğda bişirilmiş brokkoli və ya gül kələmi və s.) qəbul edilməlidir. Bu kələmin tərkibində olan bütün xərçəngəleyhinə maddələri saxlamağa kömək edir.
Geri dön