Ana Sayfa > Karusel / Maraqlı > Oruc tutanlar üçün möcüzəli susuzluq resepti

Oruc tutanlar üçün möcüzəli susuzluq resepti


29-05-2017, 16:42. Yazar: Xeberaz
Oruc tutanlar üçün möcüzəli susuzluq resepti

Türkiyəli diyetoloq Eda Ağıllı oruc tutanlar üçün susuzluğu arandan qaldıran xüsusi kokteyl təklif edib.
Mütəxəssisin reseptini təqdim edirik:
E.Ağıllı imsakda yumurta, süd, qatıq kimi zülalla zəngin qidalara, taxıl məhsullarına, badam, fındıq, qoz kimi çərəzlərə, təzə tərəvəz və meyvələrə üstünlük verməyi tövsiyə edib: "Porsiyaları azaldın, qidaları yavaş-yavaş və yaxşı çeynəyərək yeyin. Yağlı, qızartma, bol ədviyyatlı qidalardan çəkinin. Şirniyyat yerinə, südlü, təzə meyvə, dondurma və yoqurt kimi yüngül desertlərə yer verin”.
Susuzluğu aradan qaldıran nənəli kokteyl
Ərzaqlar:
Bir butulka mineral su
1 stəkan adi su
125 qram yağsız qatıq
200 qram nazik doğranmış xiyar
3-4 yarpaq nanə
Hazırlanması:
Su, qatıq, xiyar və nanəni blenderdə qarışdırın. Üzərinə mineral su əlavə edib için. Unutmayın ki, hər gün 2 litrə yaxın su içmək orqanizmin su ehtiyacının ödənilməsi baxımından mühümdür. Odur ki, imsak və iftarda mümkün qədər çoxlu mane qəbul etməyə çalışın.publika




Geri dön