Ana Sayfa > Karusel / Səhiyyə / Araşdırma > İnsanlar nədən ölür? 10 ƏN YAYILMIŞ SƏBƏB
İnsanlar nədən ölür? 10 ƏN YAYILMIŞ SƏBƏB9-05-2017, 22:30. Yazar: Xeberaz |
Ümumdünya Səhiyyə Təşkilatı hər il bütün dünyada ölüm statistikasını aparır. Son nəticələr 2015-ci ilə aiddir. 2016-cı ilin məlumatları cari ilin sonunda hazır olacaq. Statistika göstərir ki, 2015-ci ildə bütün dünyada 56 400 000 insan ölüb. Ölümün əsas 10 səbəbi bunlardır: 1-2. Ürəyin işemik xəstəliyi və insult. Son 15 il ərzində bu ölümün ən birinci səbəbidir. 2015-ci ildə insult və ürəyin işemik xəstəliyindən 15 milyon insan ölüb. 3. Aşağı nəfəs yollarının infeksiyaları 2015-ci ildə bu infeksiyalar 3,2 milyon insanın həyatını alıb. 4. Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) - 3,2 milyon. Bu xəstəlik əsasən siqaret çəkən insanlarda inkişaf edir. 5. Ağciyər xərçəngi Buna mütəxəssislər həmçinin bronxlar və traxeya xərçəngini aid edirlər - 1,7 milyon. Bu xəstəliyin də əsas risk faktoru siqaret çəkməkdir. 6. Şəkərli diabet - 1,6 milyon. Mütəxəssislər qeyd edir ki, ildən ilə bu xəstəliyə tutulan insanların sayı artır. Son 30 il ərzində bu xəstəliyə tutulma halları 4 dəfə artıb. 7. Alsgeymer xəstəliyi (demensiya) Son 15 il ərzində bu xəstəliyə tutulan insanlaın sayı 2 dəfə artıb. Demensiyadan ölən insanların sayı şəkərli diabetdən ölən insanların sayına yaxınlaşır. 8. Diareya xəstəlikləri (ishal) - 1,4 milyon. 9. Vərəm - 1,4 milyon. 10. Yol-nəqliyyat hadisələri - 1,3 milyon. Ölənlərin 76%-i kişilərdir. (saglamolun.az) Geri dön |