Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnsanlar nədən ölür? 10 ƏN YAYILMIŞ SƏBƏB
Tarix: 09-05-2017 | Saat: 22:30
Bölmə:Karusel / Səhiyyə / Araşdırma | çapa göndər

b_520_0_16777215_0___images_stories_Maraqlixeber_olum_12.jpeg
Ümumdünya Səhiyyə Təşkilatı hər il bütün dünyada ölüm statistikasını aparır. Son nəticələr 2015-ci ilə aiddir.
2016-cı ilin məlumatları cari ilin sonunda hazır olacaq.
Statistika göstərir ki, 2015-ci ildə bütün dünyada 56 400 000 insan ölüb. Ölümün əsas 10 səbəbi  bunlardır:
1-2. Ürəyin işemik xəstəliyi və insult. Son 15 il ərzində bu ölümün ən birinci səbəbidir. 2015-ci ildə insult və ürəyin işemik xəstəliyindən 15 milyon insan ölüb.
3. Aşağı nəfəs yollarının infeksiyaları
2015-ci ildə bu infeksiyalar 3,2 milyon insanın həyatını alıb.
4. Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) - 3,2 milyon.
Bu xəstəlik əsasən siqaret çəkən insanlarda inkişaf edir.
5. Ağciyər xərçəngi
Buna mütəxəssislər həmçinin bronxlar və traxeya xərçəngini aid edirlər - 1,7 milyon. Bu xəstəliyin də əsas risk faktoru siqaret çəkməkdir.
6. Şəkərli diabet - 1,6 milyon.
Mütəxəssislər qeyd edir ki, ildən ilə bu xəstəliyə tutulan insanların sayı artır. Son 30 il ərzində bu xəstəliyə tutulma halları 4 dəfə artıb.
7. Alsgeymer xəstəliyi (demensiya)
Son 15 il ərzində bu xəstəliyə tutulan insanlaın sayı 2 dəfə artıb. Demensiyadan ölən insanların sayı şəkərli diabetdən ölən insanların sayına yaxınlaşır.
8. Diareya xəstəlikləri (ishal) - 1,4 milyon.
9. Vərəm - 1,4 milyon.
10. Yol-nəqliyyat hadisələri - 1,3 milyon. Ölənlərin 76%-i kişilərdir.
(saglamolun.az)


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___