Ana Sayfa > Karusel / İdman > Planetin ən yaxşı komandası ünvanının sahibi dəyişir
Planetin ən yaxşı komandası ünvanının sahibi dəyişir29-03-2017, 16:04. Yazar: Xeberaz |
Dünyanın ən yaxşı milli komandası ünvanının sahibi dəyişir.FİFA reytinqinin aprelin 6-da açıqlanacaq yeni siyahısında lider dəyişikliyi olacaq. Bunun indidən dəqiqləşməsinə DÇ-2018-in seçmə mərhələsinin martda keçirilən qarşılaşmaları səbəb olub. Bu gecə Boliviyaya 0:2 hesabı ilə uduzan Argentina zirvəni əldən verir. Lionel Messi və komanda yoldaşları 2016-cı ilin aprelindən qərarlaşdığı taxtdan elə rəsmən apreldə salınacaq. Çünki 12 ay planetin 1-cisi olan cənubi amerikalılar martdakı siyahıda 1644-ə bərabər olan aktivini 1603-ə endirib. Çilini 1:0 hesabı ilə yenib, boliviyalılara uduzması 41 xal itkisi ilə nəticələnib. Planetin ən yaxşısı adının isə Braziliyaya keçəcəyi dəqiqləşib. “Pentakampeonlar” 1534-ə bərabər əmsalını 1661-ə qədər yüksəldib. 8 gündən sonra təsdiqini rəsmi cədvəldə tapacaq bu xal artımı Uruqvayı 4:1, Paraqvayı 3:0 hesabı ilə yenmək sayəsində gerçəkləşib. Nəticədə 2010-cu il iyulun 14-də 1-ci pilləni əldən verən Braziliya təxminən 7 ildən sonra yenidən taxta çıxacaq. 81 aydan sonra reytinqə görə dünyanın ən yaxşısı olacaq “sambaçılar” əzəli və prinsipial rəqibi Argentinanı mövqeyindən məhrum edir. Siyahının 3-cü pilləsindəki Almaniyanın mövqeyi isə dəyişməz qalacaq. Son dünya çempionu İngiltərəni yoxlama oyununda 1:0, Azərbaycanı seçmə matçında 4:1 hesabı ilə yensə də 1443-ə bərabər hesabını 1464-dən çox qaldıra bilməyəcək. Qeyd edək ki, yeni siyahıda hesabında 386 xal olacaq Azərbaycan yığmasının aprelin 6-dakı mövqeyi ilə bağlı təxminlər açıqlanmayıb. Amma 6 xal qazanan millimizin son siyahıda qərarlaşdığı 89-cu pillədə ciddi dəyişiklik olacağı gözlənilmir. Geri dön |