Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Nazirlik ixrac missiyaları təşkil edəcək
Nazirlik ixrac missiyaları təşkil edəcək6-12-2016, 01:19. Yazar: Xeberaz |
İqtisadiyyat Nazirliyi Pakistan və Əfqanıstanna ixrac missiyaları təşkil etdiyini elan edir. İxracatçılar ixrac missiyalarında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər. İxrac missiyalarının tarixləri: Pakistan - 5-8 fevral 2017-ci il Əfqanıstan - 9-11 fevral 2017-ci il İxrac missiyalarının əhatə etdiyi sektorlar: Meyvə-tərəvəz Təbii mineral sular Meyvə şirələri Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları Pambıq Kimya məhsulları Digər sənaye məhsulları İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48. Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 12 yanvar 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. Seçim meyarları: - ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 (on) bal, - məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal, - sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal. İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir: • ərizə (ərizə formasını yükləyin); • sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar. Sənədlər aşağıdakı ünvan üzrə 28 dekabr 2016-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ( [email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz. Geri dön |