Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik ixrac missiyaları təşkil edəcək
Tarix: 06-12-2016 | Saat: 01:19
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Nazirlik ixrac missiyaları təşkil edəcək
İqtisadiyyat Nazirliyi Pakistan və Əfqanıstanna ixrac missiyaları təşkil etdiyini elan edir.

İxracatçılar ixrac missiyalarında iştirak etmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxrac missiyalarının tarixləri:

Pakistan - 5-8 fevral 2017-ci il

Əfqanıstan - 9-11 fevral 2017-ci il

İxrac missiyalarının əhatə etdiyi sektorlar:

Meyvə-tərəvəz

Təbii mineral sular

Meyvə şirələri

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları

Pambıq

Kimya məhsulları

Digər sənaye məhsulları

İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.

Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 12 yanvar 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

- ixracatçının məhsulları üzrə istehsal potensialı – 10 (on) bal,

- məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal,

- sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə – 5 (beş) bal).

Meyarların cəmi üzrə keçid balı minimum 20 (iyirmi) bal.

İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə (ərizə formasını yükləyin);

• sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.

Sənədlər aşağıdakı ünvan üzrə 28 dekabr 2016-cı il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ( [email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.


Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___