Ana Sayfa > Karusel / Maraqlı > Kişilər bu qidaları mütləq yesinlər - SİYAHI

Kişilər bu qidaları mütləq yesinlər - SİYAHI


29-11-2016, 16:51. Yazar: Xeberaz
Kişilər bu qidaları mütləq yesinlər - SİYAHI


İngilis alim Rob Hobson kişilərin qidalanması ilə bağlı araşdırma aparıb. Mütəxəssisin tədqiqatının məqsədi kişilərin sağlamlığı və cinsi gücünün artırılması olub. R. Hobson kişilərin mütləq yeməsi lazım olan 9 qidanı açıqlayıb. "Xəbəraz.az " həmin qidalarla sizi tanış edir.

Qırmızı ət: Bədən müqavimətini artırır, infeksiyadan sonra yaxşılaşmağı sürətləndirir.


Qırmızı bibər, pomidor: Tərkibində bol olan C vitamini immunitet sistemini gücləndirir, kalium isə infarkt riskini azaldır. Eyni zamanda, sperma keyfiyyətini artırır.


Yağlı balıqlar: Somon və ton balığı sağlam yağlarla zəngindir, ürək xəstəlikləri riskini artıran qan təzyiqi və xolesterolun düşməsinə kömək edir.


Fındıq: Maqnezium, E və B vitamini ilə zəngini olan fındıq ürək sağlamlığını qoruyur.


Qabıqlı dəniz məhsulları: Sink baxımından zəngin olan bu qidalar saç tökülməsinin qarşısını almaq üçün təsirlidir.


Lobya: Liflə zəngin bu qida diabet və ürək xəstəliklərinə qarşı qoruyucu vəzifə yerinə yetirir.


Yumurta: Xərçəngin qarşısını almaq təsiri çox yüksəkdir.


Yulaf: Diabet və ürək xəstəlikləri riskini azaldır, qan şəkərini tənzimləyir.lent.az

Geri dön