Ana Sayfa > Karusel / Maraqlı > Gecə yatmazdan 1 saat əvvəl içsəniz...
Gecə yatmazdan 1 saat əvvəl içsəniz...2-11-2016, 20:59. Yazar: Xeberaz |
Hər insanın yuxuya getmək və ya yatmaq rejimi fərqlidir. Elə adam var ki, yatağına uzanan kimi yuxulayır. Eləsi də var ki, saatlarla yerində o yan-bu yana çevrilsə də, yata bilmir. Gecəni rahat yatmaq istəyirsinizsə, yatmadan bir saat əvvəl bu sakitləşdirici və təbii içkiləri için. Badam südü Süd sevirsinizmi? Onda özünüzə bir stəkan badam südü töküb için. Fasiləsiz, rahat yuxunun dadını çıxaracaqsınız. Ballı içki Balda olan təbii şəkər bədənin insulin səviyyəsini yüksəldir və triptofanın asanlıqla beyinə girməsinə yardım edir. Çobanyastığı çayı Araşdırmaçılar çobanyastığı çayının sakitləşdirici təsirinin olduğunu deyir. Pişikotu çayı Yüz illərdir yuxusuzluq xəstəliyinin əlamətlərini azaltmaq üçün çarə olan güclü bir bitkidir. Gilənar suyu Gilənar suyunun tərkibində yuxu gətirən hormon olaraq bilinən və bioloji saatı tənzimləyən melatonin yüksək səviyyədə olur. Bananlı "smoothie" İdman edərkən "smoothie"nizin içinə banan da əlavə edin. Həm yatmanıza yardımçı olar, həm də gecə əzələ ağrılarının qarşısını alar. Süd Bir stəkan adi süd həmişə rahatlamağa kömək edir. Həm də stressi azaltmağa yardımçı olan kalsiumla zəngindir. Geri dön |