Ana Sayfa > Karusel / Maraqlı / Xəbəraz TV > 4 dəqiqəyə dümdüz qarına sahib ol - VİDEO

4 dəqiqəyə dümdüz qarına sahib ol - VİDEO


8-10-2016, 09:40. Yazar: Xeberaz
4 dəqiqəyə dümdüz qarına sahib ol - VİDEO

Düz qarına sahib olmaq hər qadının arzusudur. Təbii ki, bunun üçün düzgün qidalanma ilə yanaşı idman hərəkətləri də vacibdir. "Xəbəraz.az " lent.az-a istinadən bildirir ki, 4 dəqiqəyə düz qarına sahib olmaq istəyisinizsə, təqdim edilən videoya baxın və orda göstərilən hərəkətləri təkrarlayın. Hər hərəkətə cəmi bir dəqiqə vaxt ayırsanız, kifayət edər.

İlk hərəkət: arxası üstə uzanın, dizlərinizi qatlayın, sağ və sol əlinizi növbə ilə topuqlarınıza vurub geri qaytarın. Hər gün və ya günaşırı bu hərəkəti edin.

İkinci hərəkət: Bu hərəkət qayçı adlanır. Qollarınızı yanınıza düz uzadın. Ayaqları yuxarı qaldıraraq növbə ilə aşağı-yuxarı hərəkət etdirin. Ayaqlar yerə dəyməməlidir.

Üçüncü hərəkət: Yerdə oturun. Qolları çarpazlayın. Ayaqları birləşdirin və yerə dəymədən aşağı-yuxarı hərəkət etdirin. Ayaqları hərəkət etdirmək çətindirsə, sadəcə bu cür 4 dəqiqə dayanın.

Dördüncü hərəkət: Üçüncü hərəkətdəki kimi oturun. Sadəcə ayaqlarınızı bu dəfə yerə dirəyin. Qollarınızı çarpazlayın. Bu formada bədəninizi sağa və sola hərəkət etdirin. Bu hərəkəti dabanlarınızı yerdən çəkərək də edə bilərsiniz.




Geri dön