Ana Sayfa > Karusel / Maraqlı > Bu xəstəliklər dırnaq rənglərindən bilinir
Bu xəstəliklər dırnaq rənglərindən bilinir6-10-2016, 10:00. Yazar: Xeberaz |
Dırnaqlarınızın quruluşu xəstəliyinizin göstəricisi ola bilər. "Xəbəraz.az " dırnaqların quruluşu haqda məlumatı təqdim edir: Ağ dırnaqlar Qaraciyərinizdə bir problem olduğunun, hepatit, yaxud başqa qaraciyər probleminin göstəricisi ola bilər. Qarışıq dırnaqlar Yuxarıya doğru qıvrıq və yumşaq dırnaqlar qanazlığı, qaraciyər, ürək xəstəliklərinin, yaxud hipertiroidizm xəbərçisi ola bilər. Zəif dırnaqlar Zəif dırnaqlar hipertiroidizmdən xəbər verə bilər. Dırnaq ətrafı İnsanda saç tökülməsi, eqzema və sədəf xəstəliklərinin olub-olmamasını dırnaq ətrafına baxmaqla müəyyən etmək olar. Sarı dırnaqlar İnfeksiya və ya ciddi bir problemdən xəbər verə bilər. Sarı dırnaqlar həmçinin göbələk infeksiyasına da işarə edir. Tiroid problemləri də dırnaqları saraldır. Yumru dırnaq Yumru, yaxud yuvarlaq dırnaqlar ağciyər problemlərinə işarə edir. Qara dırnaqlar Dırnaqlardakı qara xətlər qaradərili insanlarda tez-tez müşahidə edilir. Dəriyə qədər yayılan qaralmalar və rəng dəyişikliyi melanomdan xəbər verə bilər. İncə dırnaqlar Dırnaqlara kimyəvi maddələr çox tətbiq edildiyi zaman onlarda incələşmə müşahidə edilə bilər. Dırnaq çıxıntıları Dırnaq çıxıntıları bəzən həyəcan yaratsa da, mütəxəssislər bunu normal hesab edir həyəcana səbəb görmürlər. Yaşlanma ilə əlaqələndirirlər. Çat, yaxud qırıq dırnaqlar Dırnağınızın bir qismi rəng dəyişər, yaxud çat verərərək qırılarsa, bu, dırnaq göbələyinə işarədir. Dırnağın altına qan yığılması Həmin dırnağın zədə almasından irəli gəlir. Buz qoymağınız kifayət edir. Mavi dırnaqlar Mavi dırnaqlar oksigen tələbatınızın kifayət qədər qarşılanmadığından, yaxud digər ağciyər problemlərindən xəbər verə bilər. axar.az Geri dön |