Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu xəstəliklər dırnaq rənglərindən bilinir
Tarix: 06-10-2016 | Saat: 10:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Bu xəstəliklər dırnaq rənglərindən bilinir


Dırnaqlarınızın quruluşu xəstəliyinizin göstəricisi ola bilər.

"Xəbəraz.az " dırnaqların quruluşu haqda məlumatı təqdim edir:

Ağ dırnaqlar

Qaraciyərinizdə bir problem olduğunun, hepatit, yaxud başqa qaraciyər probleminin göstəricisi ola bilər.

Qarışıq dırnaqlar

Yuxarıya doğru qıvrıq və yumşaq dırnaqlar qanazlığı, qaraciyər, ürək xəstəliklərinin, yaxud hipertiroidizm xəbərçisi ola bilər.

Zəif dırnaqlar

Zəif dırnaqlar hipertiroidizmdən xəbər verə bilər.

Dırnaq ətrafı

İnsanda saç tökülməsi, eqzema və sədəf xəstəliklərinin olub-olmamasını dırnaq ətrafına baxmaqla müəyyən etmək olar.

Sarı dırnaqlar

İnfeksiya və ya ciddi bir problemdən xəbər verə bilər. Sarı dırnaqlar həmçinin göbələk infeksiyasına da işarə edir. Tiroid problemləri də dırnaqları saraldır.

Yumru dırnaq

Yumru, yaxud yuvarlaq dırnaqlar ağciyər problemlərinə işarə edir.

Qara dırnaqlar

Dırnaqlardakı qara xətlər qaradərili insanlarda tez-tez müşahidə edilir. Dəriyə qədər yayılan qaralmalar və rəng dəyişikliyi melanomdan xəbər verə bilər.

İncə dırnaqlar

Dırnaqlara kimyəvi maddələr çox tətbiq edildiyi zaman onlarda incələşmə müşahidə edilə bilər.

Dırnaq çıxıntıları

Dırnaq çıxıntıları bəzən həyəcan yaratsa da, mütəxəssislər bunu normal hesab edir həyəcana səbəb görmürlər. Yaşlanma ilə əlaqələndirirlər.

Çat, yaxud qırıq dırnaqlar

Dırnağınızın bir qismi rəng dəyişər, yaxud çat verərərək qırılarsa, bu, dırnaq göbələyinə işarədir.

Dırnağın altına qan yığılması

Həmin dırnağın zədə almasından irəli gəlir. Buz qoymağınız kifayət edir.

Mavi dırnaqlar

Mavi dırnaqlar oksigen tələbatınızın kifayət qədər qarşılanmadığından, yaxud digər ağciyər problemlərindən xəbər verə bilər. axar.az


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
3-04-2016, 12:43 Kranla avtobus toqquşdu

bütün xəbərlər
____ Instagram ___