Ana Sayfa > Karusel / İdman > "Sübut edəcəyik ki, "Qarabağ" "Slovan"dan güclüdür"
"Sübut edəcəyik ki, "Qarabağ" "Slovan"dan güclüdür"10-09-2016, 09:55. Yazar: Xeberaz |
"Qarabağ"ın yeni transferi Dino Ndlovu Topaz Premyer Liqanın 4-cü turunda AZAL-la oyundan (6:0) sonra qol.az-ın suallarını cavablandırıb - Oyun barədə fikirlərinizi bilmək istərdik. - Asan qələbə qazandıq. İlk hissədə vurduğumuz 3 qol oyunun taleyini həll etdi. AZAL-a hörmətlə yanaşırıq, amma biz bu gün daha güclü idik. - 6 qol vurulsa da, sən fərqlənə bilmədin. - Əsas odur ki, 3 xal bizim oldu. Növbəti matçlarda fərqlənməyə çalışacam. - Komandaya uyğunlaşmısan? - Mənim üçün adaptasiya olmaq çətin deyil. Düzdür, qol vurmamışam. Amma komandaya uyğunlaşmışam. Növbəti görüşlərdə qol vuracağıma inanıram. - "Slovan"la matç haqda nə düşünürsən? - "Slovan"la matç bu oyundan fərqli olacaq. Avropa Liqasında uğurlu çıxış etmək istəyirik. Evdə mütləq qələbə qazanmalıyıq. - "Slovan"ın məşqçisi bildirdi ki, hər iki oyunda "Qarabağ"ı məğlub edə bilərik... - Bu məni maraqlandırmır. Biz evdə oynayırıq və qələbə qazanmalıyıq. Azarkeşlərimizin önündə yalnız qələbə bizi qane edir. "Qarabağ"ın "Viktoriya" ilə oyununu izləmişdim. Sadəcə, bəxtimiz gətirməmişdi. "Slovan"ı məğlub edəcəyimizə inanıram. - "Slovan"ı "Qarabağ"la eyni səviyyəli komanda hesab etmək olar? - Qətiyyən! Biz "Slovan"dan güclü komandayıq və bunu meydanda sübut edəcəyik. Geri dön |