Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sübut edəcəyik ki, "Qarabağ" "Slovan"dan güclüdür"
Tarix: 10-09-2016 | Saat: 09:55
Bölmə:Karusel / İdman | çapa göndər

"Sübut edəcəyik ki, "Qarabağ" "Slovan"dan güclüdür"


"Qarabağ"ın yeni transferi Dino Ndlovu Topaz Premyer Liqanın 4-cü turunda AZAL-la oyundan (6:0) sonra qol.az-ın suallarını cavablandırıb

- Oyun barədə fikirlərinizi bilmək istərdik.

- Asan qələbə qazandıq. İlk hissədə vurduğumuz 3 qol oyunun taleyini həll etdi. AZAL-a hörmətlə yanaşırıq, amma biz bu gün daha güclü idik.

- 6 qol vurulsa da, sən fərqlənə bilmədin.

- Əsas odur ki, 3 xal bizim oldu. Növbəti matçlarda fərqlənməyə çalışacam.

- Komandaya uyğunlaşmısan?

- Mənim üçün adaptasiya olmaq çətin deyil. Düzdür, qol vurmamışam. Amma komandaya uyğunlaşmışam. Növbəti görüşlərdə qol vuracağıma inanıram.

- "Slovan"la matç haqda nə düşünürsən?

- "Slovan"la matç bu oyundan fərqli olacaq. Avropa Liqasında uğurlu çıxış etmək istəyirik. Evdə mütləq qələbə qazanmalıyıq.

- "Slovan"ın məşqçisi bildirdi ki, hər iki oyunda "Qarabağ"ı məğlub edə bilərik...

- Bu məni maraqlandırmır. Biz evdə oynayırıq və qələbə qazanmalıyıq. Azarkeşlərimizin önündə yalnız qələbə bizi qane edir. "Qarabağ"ın "Viktoriya" ilə oyununu izləmişdim. Sadəcə, bəxtimiz gətirməmişdi. "Slovan"ı məğlub edəcəyimizə inanıram.

- "Slovan"ı "Qarabağ"la eyni səviyyəli komanda hesab etmək olar?

- Qətiyyən! Biz "Slovan"dan güclü komandayıq və bunu meydanda sübut edəcəyik.


Xəbəri paylaş

7388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___