Ana Sayfa > Karusel / Təhsil / M2 > Qanlı gecə
Qanlı gecə23-05-2016, 15:24. Yazar: Xeberaz |
Qanlı gecə Bu gecənin zülməti adamın zəhrin yarır Qaranlığın üstündən kədər yağır, qəm yağır. Hamı şirin yuxuda bircə Bakı qaynayır Hamı ayağa qalxıb, söyləyir azadlıq, hey azadlıq. Sinəsin sipər edib mənim mərd oğullarım Haqqını tələb edir, namərdi rədd eləyir. Qoşun gəlib dayanıb, xalqıma böhtan yağıb Ermənilər gizlənib, rusun paltarın geyib. Birdən işıq saçıldı ,sanki səhər açıldı Hardan gəldi bu işıq ,necə gəldi bu işıq. Kimsə bərkdən çığırdı ,güllələrdi, güllələr Tankla hücum etdilər ,yerlə yeksan etdilər. Gülləbaran etdilər iyirmi yanvar günü Aləm qana boyandı vətən bağrı yarıldı. Qan su yerinə axdı iyirmi yanvar günü Zülm ərşə dirəndi,nalələr göyü dəldi. Allah, nə işdir görən vətən alışdı yandı Tarixlərdə görməyib,ağılada gəlməyib. Günahsız insanları,qırıb əzən olmayıb Bu qanlı yanvar günü, iyirmi yanvar günü. Birinin ad günüdü,birinin toy günüdür Gəlin qara bağladı, körpə beşikdə qaldı. Qərənfillər ağladı analar yas saxladı, Bu qanlı yanvar günü, iyirmi yanvar günü. Qərənfil ay qərənfil, niyə bitdin qərənfil Bəlkə sənə agahmış elin bu ağır günü? Qoymadın düşmən görə xalqın qan ləkəsini, Tez bələdin köksünə, xonça kimi bəzədin. Qərənfil ay qərənfil, ağlar gözlü qərənil. Bu qanlı yanvar günü, iyirmi yanvar günü. Sil gözünün yaşını əymə məğrur başını, Düşmənə baş əymə sən, belimi sındırma sən. Qərənfil ay qərənfil, al-qırmızı qərənfil Bəzə şəhidlərimin qəbrinin üstünü sən, Şərik ol anaların ağı səslərinə sən. Minə HÜNEYNLİ Geri dön |