Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qanlı gecə
Tarix: 23-05-2016 | Saat: 15:24
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Qanlı gecə

Qanlı gecə

Bu gecənin zülməti adamın zəhrin yarır
Qaranlığın üstündən kədər yağır, qəm yağır.
Hamı şirin yuxuda bircə Bakı qaynayır
Hamı ayağa qalxıb, söyləyir azadlıq, hey azadlıq.
Sinəsin sipər edib mənim mərd oğullarım
Haqqını tələb edir, namərdi rədd eləyir.
Qoşun gəlib dayanıb, xalqıma böhtan yağıb
Ermənilər gizlənib, rusun paltarın geyib.
Birdən işıq saçıldı ,sanki səhər açıldı
Hardan gəldi bu işıq ,necə gəldi bu işıq.
Kimsə bərkdən çığırdı ,güllələrdi, güllələr
Tankla hücum etdilər ,yerlə yeksan etdilər.
Gülləbaran etdilər iyirmi yanvar günü
Aləm qana boyandı vətən bağrı yarıldı.
Qan su yerinə axdı iyirmi yanvar günü
Zülm ərşə dirəndi,nalələr göyü dəldi.
Allah, nə işdir görən vətən alışdı yandı
Tarixlərdə görməyib,ağılada gəlməyib.
Günahsız insanları,qırıb əzən olmayıb
Bu qanlı yanvar günü, iyirmi yanvar günü.
Birinin ad günüdü,birinin toy günüdür
Gəlin qara bağladı, körpə beşikdə qaldı.
Qərənfillər ağladı analar yas saxladı,
Bu qanlı yanvar günü, iyirmi yanvar günü.
Qərənfil ay qərənfil, niyə bitdin qərənfil
Bəlkə sənə agahmış elin bu ağır günü?
Qoymadın düşmən görə xalqın qan ləkəsini,
Tez bələdin köksünə, xonça kimi bəzədin.
Qərənfil ay qərənfil, ağlar gözlü qərənil.
Bu qanlı yanvar günü, iyirmi yanvar günü.
Sil gözünün yaşını əymə məğrur başını,
Düşmənə baş əymə sən, belimi sındırma sən.
Qərənfil ay qərənfil, al-qırmızı qərənfil
Bəzə şəhidlərimin qəbrinin üstünü sən,
Şərik ol anaların ağı səslərinə sən.

Minə HÜNEYNLİ


Xəbəri paylaş

7888 dəfə oxunub.

Digər xəbərlər
3-12-2017, 10:52 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___