Ana Sayfa > Karusel / Siyasət / Dünya / M2 > Qarabağ münaqişəsi Fransada müzakirə edildi

Qarabağ münaqişəsi Fransada müzakirə edildi


19-05-2016, 16:09. Yazar: Xeberaz

Qarabağ münaqişəsi Fransada müzakirə edildi

Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun şərəfinə işçi nahar təşkil edilib.

"Xəbəraz.az " Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan münaqişəsinə dair Vyanada keçirilmiş yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdiriblər. Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə atıla biləcək növbəti addımları müzakirə ediblər.

Tərəflər, həmçinin Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini bildirib.
Geri dön