Qarabağ münaqişəsi Fransada müzakirə edildi
Tarix: 19-05-2016 | Saat: 16:09
Bölmə:Karusel / Siyasət / Dünya / M2 | çapa göndər
Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun şərəfinə işçi nahar təşkil edilib.
"Xəbəraz.az " Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan münaqişəsinə dair Vyanada keçirilmiş yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdiriblər. Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə atıla biləcək növbəti addımları müzakirə ediblər.
Tərəflər, həmçinin Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərə dair fikir mübadiləsi aparıblar. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini bildirib.
Xəbəri paylaş
6658 dəfə oxunub.
Digər xəbərlər

5-02-2016, 13:54
İşsizlərə şad xəbər
11-11-2015, 14:19
Hakerlərin oğurladığı pullar Azərbaycandan keçirmiş
29-04-2019, 10:58
Aqil Acalov: “Azərbaycan nəinki Gürcüstanda, dünyanın istənilən yerində öz soydaşlarının hüquqlarını və mənafelərini qorumaq iqtidarındadır”
17-05-2016, 11:27
Papadan dünyaya çağırış: “Dini dövlətlərin sonu pis bitir”
14-10-2018, 13:53
İzmirdə dəhşətli QƏZA: 19 ölü, 5 yaralı - FOTOLAR
29-06-2017, 12:07
Dəfndə iştirak edənə Allahın mükafatı
11-04-2017, 22:17
"Edam hökmü ilə bağlı referendum keçirərik" - Ərdoğan
4-02-2018, 11:59
AYİB Azərbaycana manatla kreditlər verməkdə davam edəcək