Ana Sayfa > Karusel / Dünya / M2 > Vyanada alınmadı: Qərb B planına keçir

Vyanada alınmadı: Qərb B planına keçir


18-05-2016, 18:34. Yazar: Xeberaz
Vyanada alınmadı: Qərb B planına keçir

Avstriyanın paytaxtı Vyanada davam edən Suriya danışıqlarının nəticəsiz bitməsi B planını yenidən aktuallaşdırıb.

"Xəbəraz.az " xəbər verir ki, danışıqlardan sonra jurnalistlərin suallarını cavablandıran Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr fərqli yol axtardıqlarını deyib.

Nazir ölkəsinin nəzərdə tutduğu B planında müxalif qruplara daha çox silah yardım nəzərdə tutulduğunu gizlətməyib:

“Bu yola əl atıb-atmayacağımız tamamilə Bəşər Əsədin əlindədir. Əgər beynəlxalq razılaşmalara əməl etməsələr, nə isə etmək məcburiyyətindəyik”.

Xatırladaq ki, ötən ay ABŞ-ın “Uol Strit Jurnal” qəzeti Qərb koalisiyasının Əsədlə bağlı B planı olduğunu açıqlamışdı. Mərkəzi Kəşfiyyat İdarəsindəki bir mənbənin qəzetə verdiyi məlumata görə, plan çərçivəsində müxalif qüvvələrə xeyli silah-sursat göndəriləcək. Yardım ediləcək silahlar arasında ilk dəfə hava hücumundan müdafiə sisteminin də olacağı istisna edilməyib.

Bir müddət öncə ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri də Suriya ilə bağlı B planından bəhs etmişdi.

3 ay öncə Konqredəki çıxışında Suriyada siyasi həll səylərinin nəticəsiz qaldığını deyən Kerri B planının ölkənin parçalanması olacağını demişdi.

“Əgər daha çox gözləsəniz, Suriyanı vahid ölkə kimi saxlamaq çətin olacaq. Əgər addım atmasaq, işlər daha da korlana bilər. Rusiya hazırda bu ehtimalı (Suriyanın parçalanmasını – red) dəyərləndirir”, - demişdi.
Geri dön