Vyanada alınmadı: Qərb B planına keçir
Tarix: 18-05-2016 | Saat: 18:34
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Avstriyanın paytaxtı Vyanada davam edən Suriya danışıqlarının nəticəsiz bitməsi B planını yenidən aktuallaşdırıb.
"Xəbəraz.az " xəbər verir ki, danışıqlardan sonra jurnalistlərin suallarını cavablandıran Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr fərqli yol axtardıqlarını deyib.
Nazir ölkəsinin nəzərdə tutduğu B planında müxalif qruplara daha çox silah yardım nəzərdə tutulduğunu gizlətməyib:
“Bu yola əl atıb-atmayacağımız tamamilə Bəşər Əsədin əlindədir. Əgər beynəlxalq razılaşmalara əməl etməsələr, nə isə etmək məcburiyyətindəyik”.
Xatırladaq ki, ötən ay ABŞ-ın “Uol Strit Jurnal” qəzeti Qərb koalisiyasının Əsədlə bağlı B planı olduğunu açıqlamışdı. Mərkəzi Kəşfiyyat İdarəsindəki bir mənbənin qəzetə verdiyi məlumata görə, plan çərçivəsində müxalif qüvvələrə xeyli silah-sursat göndəriləcək. Yardım ediləcək silahlar arasında ilk dəfə hava hücumundan müdafiə sisteminin də olacağı istisna edilməyib.
Bir müddət öncə ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri də Suriya ilə bağlı B planından bəhs etmişdi.
3 ay öncə Konqredəki çıxışında Suriyada siyasi həll səylərinin nəticəsiz qaldığını deyən Kerri B planının ölkənin parçalanması olacağını demişdi.
“Əgər daha çox gözləsəniz, Suriyanı vahid ölkə kimi saxlamaq çətin olacaq. Əgər addım atmasaq, işlər daha da korlana bilər. Rusiya hazırda bu ehtimalı (Suriyanın parçalanmasını – red) dəyərləndirir”, - demişdi.
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər

14-04-2018, 18:58
Boşanmaların sayı 5 dəfə artıb - Ailələr niyə dağılır?
7-12-2022, 11:41
Abşeronda yaşayış binasında partlayış: xəsarət alan var
4-05-2016, 14:04
İsrail NATO-da daimi nümayəndəlik yaradır
31-03-2018, 12:21
Külək yol təsərrüfatına nə qədər ziyan vurub?
7-01-2016, 15:12
Bülent Ersoy donuz qripinə yoluxdu
30-04-2016, 16:23
Rusiyadakı ermənilərin sayı azalır
4-07-2021, 10:00
Görün hansı üsulla qadınların ətəkaltı VİDEOlarını çəkirmiş - Polislər belə şokda - FOTO
14-10-2017, 09:13
Bakıda qardaş qardaşı bıçaqladı
14-06-2015, 16:05
Əsil Keyf burdadır(VİDEO)