Ana Sayfa > Karusel / Maraqlı / M2 > Enerjinizi artırmaq istəyirsinizsə, bunları edin — 14 SADƏ TÖVSİYƏ
Enerjinizi artırmaq istəyirsinizsə, bunları edin — 14 SADƏ TÖVSİYƏ10-02-2016, 20:30. Yazar: Xeberaz |
Enerjinizin tükəndiyini hiss edirsiniz, heç nəyə həvəsinizin qalmayıb? Yenidən bütün gücünüzü toplamaq istəyirsinizsə... Xəbəraz.az lent.az-a istinadən məsləhətləri təqdim edir. 3 dəqiqəlik meditasiya edin Gün ərzində bir dəfə 3 dəqiqəlik meditasiya etmək sizə daha çox enerji verəcək. Fasilələrlə idman edin Fasilələrlə, müntəzəm və yoğun idmanlar endorfini artırır. Təbii işıq beyni hərəkətə keçirir və seratoninin ifrazına yardımçı olur. Bu da xoşbəxtliyinizi artıracaq. Şokolad yeyin Şokolad qan hüceyrələrinin qorunmasına və qan damarlarındakı sızıntının qarşısının alınmasına kömək edir. Həm də kafein tərkiblidir. Yaxşı enerji yüksəldici olduğunu unutmayın. Dərin nəfəs alın Dərin nəfəs almaq qan axınını sürətləndirir. Eyni zamanda hissləri cilovlamağa və mənfi düşüncələrə qalib gəlməyə kömək edir. Dərindən bir nəfəs alın. Doğru oturun Dik durun! Qozbel durmaq əzələlərin sürətli çalışaraq yorulmasına səbəb olur, nəfəs almanızı çətinləşdirir. Dik durarkən daha rahat nəfəs ala bilirsiniz, oksigen ağciyərlərə dolar və beləcə qanın daha rahat dövranını təmin edir. Başınıza masaj etdirin Baş dərisinə dairəvi hərəkətlərlə masajlar etmək enerjini artırır. Mədəni olun, yardım edin! Belə davranmaq avtomatik olaraq enerjinizi artıracaq. İt kimi durun Bir iki dəqiqəlik tərs V duruşu edin. Bu cür durmaq ayaqlardakı və qollardakı qan axınını sürətləndirir. Sevdiyiniz əyləncəli musiqiləri dinləyin Əyləncəli və həyəcanverici musiqilər enerjinizi yüksəldəcək. Ən sevdiyiniz musiqini dinləyin. Nanə qoxulayın Bir nanə, hətta nanə qoxusu avtomatik olaraq trigeminal sinirinə və beynin oyanma mexanizminə təsir edir. Bir nanə qoxulamaq gün boyunca sizi enerjili saxlayacaq. Portağal, limon qoxusu Portağal qoxusunun narahatlığı yüngülləşdirməkdə yararlı olduğu təsbit edilib. Limon, portağal qoxuları ilə işə başlaya bilərsiniz. Soyuq duş qəbul edin Buz kimi su ilə duş qəbul etdikdən sonra yorğun hiss etmək imkansız sayılır. Soyuq duşun immuniteti gücləndirdiyi də bilinir. Soyuq su dərinizə toxunduğunda qan avtomatik olaraq orqanları isitmək üçün axarkən eyni zamanda qan dövranı da sürətlənir. Yasəmən qoxulayın Yasəmən, lavanda kimi güllərin qoxusu zehni fərahlığa, özgüvən yaratmağa yardım edir. Piyada gəzin Əgər özünüzü bitkin hiss edirsinizsə, açıq havada gəzintiyə çıxın. 2 saatlıq gəzinti sizə yaxşı təsir edəcək. Geri dön |