Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda daş karxanasında yanmış kişi meyiti tapıldı

Bakıda daş karxanasında yanmış kişi meyiti tapıldı


5-01-2016, 19:02. Yazar: Xeberaz
Bakıda daş karxanasında yanmış kişi meyiti tapıldı
Meyit “Kristal” MMC-də usta işləmiş Abbas Aslanova məxsus olub.
Bakıda yanmış kişi meyiti tapılıb. Bakı şəhər prokurorluğundan verilən məlumta görə, yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş verib. Həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, “Kristal” MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilib.

Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerindən maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Geri dön