Ana Sayfa > Siyasət / Dünya / Foto-fakt > Kim Çen In yenə raket atdı

Kim Çen In yenə raket atdı


18-04-2019, 14:45. Yazar: Xeberaz
Kim Çen In yenə raket atdı

Aprelin 17-də KXDR az hündürlükdə uçan yeni taktiki idarəolunan raket sistemlərinin sınağını keçirib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın hərbi ekspertləri açıqlayıb. “Şimali Koreya 20 kilometr məsafəyə uça bilən “səth-səth” sinif, yaxud taktiki qanadlı raketləri sınaqdan keçirə bilərdi”, - deyə ekspertlər bildirib. Onların məlumatına əsasən, KXDR-də həyata keçirilən bütün raket sınaqları Silahlı Qüvvələrin Şimal komandanlığının aşkarlama sistemləri tərəfindən izlənilir. Aprelin 17-də isə elektron qurğular raket startını qeydə almayıb, bu da onların az hündürlükdə və qısa məsafəyə uçması ilə izah oluna bilər.
Koreya Mərkəzi Teleqraf Agentliyi isə öz növbəsində ölkə lideri Kim Çen Inın yeni tip taktiki idarəolunan silahların sınaqlarında iştirak etdiyi barədə məlumat yayıb, lakin söhbətin hansı silahdan getdiyini bildirməyib.
 
Geri dön