Ana Sayfa > Səhiyyə / M2 > Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI
Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI1-05-2017, 12:18. Yazar: Xeberaz |
Bir çox insan mədə bulanması və qıcqırmasından şikayət edir. Sözsüz ki, buna qidalar da səbəb olur. Lakin elə qidalar da var ki, əksinə, mədəni rahatladır. Mədə turşusunu nizamlayan qidalarla sizi tanış edirik. Qızarmış çörək Mədə turşusunun ifraz olunması nəticəsində yaranan göynəmənin qarşısını alır. Mədənin ifraz etdiyi mədə turşusunu qurudur. Çiy kartof Kartof çiy halda mədə yanmasına çox yaxşı təsir edən qidadır. Soyulmuş kartofu blenderdən keçirin və kərəviz suyu ilə qarışdıraraq için. Yaxud kartofu şirəçəkəndən keçirin, səhər acqarına bu suyu için. Mədə yanmasına çox yaxşı təsir edəcək. İspanaq Buxarda bişirərək, qaynadaraq və ya təzə yarpaqlarını salatlara qataraq yeyə bilərsiniz. Mədə üçün ən faydalı qidalardan biridir. Zeytun yağı Zeytun yağını çiy halda istifadə etsəniz, yeməklər mədədə daha az qalar və yağlar daha rahat mənimsənilsin deyə öd sekresiyasını artırar. Beləcə, mədədə heç bir narahatlıq hiss etməzsiniz. Banan Mədə üçün ən yaxşı qidalardan biridir. Pay aralarında 1 ədəd banan yesəniz, mədə yanmasının da qarşısını almış olarsınız. Banan mədə fermentini artırır. Gül kələm Qaynadılmış bir gül kələm mədə turşularının zərərlərindən qoruyur. Tərkibindəki "gefarnato" maddəsi xora müalicəsində istifadə edilən dərmanın xammalı olaraq da istifadə olunur. Kələm Çiy halda yemək daha faydalı olar. Nazik doğrayıb salatlara da qata bilərsiniz. Meyvə sıxan maşında kələm və almanı sıxıb suyunu içə bilərsiniz. Alma sirkəsi Salatlarda istifadə edilən alma sirkəsi mədənizi rahatlaşdırar. Geri dön |