Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / Reportaj > NƏRİMANOV İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA

NƏRİMANOV İCRA HAKİMİYYƏTİNDƏN AÇIQLAMA


3-08-2022, 11:25. Yazar: Xeberaz

Nərimanov Rayon İcra. Hakimiyyətindən "Xeberaz.Az"-a Bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 5 ünvanında yerləşən, 1912-ci ildə inşa edilmiş, qəzalı vəziyyətdə olan sözügedən yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 2868 inventar nömrə ilə qeydə alınıb. Həmin tarixi abidələrin qorunması, inkişafı və bərpası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti” tərəfindən həyata keçirilir. Eyni zamanda bildiririk ki, Bakı şəhərində qəzalı binalarla əlaqədar işlənən xüsusi tədbirlər planına aid edilmək üçün sözügedən bina üzrə tələb olunan məlumatlar rayon İcra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara təqdim olunmuşdur.

Binada mənzillərin “Yaşıl Bazar” tərəfindən alınması məsələsi ilə əlaqədar olaraq bildiririk ki, bir neçə mənzil ayrı-ayrı fiziki şəxs tərəfindən müxtəlif vaxtlarda qanunla nəzərdə tutulmuş qaydada alqı-satqı olunmuşdur.

Yaşayış binası ilə bazar arasında olan sahənin təmiz saxlanılması, sakinlərin istirahətinə maneə yaradan digər hallarla bağlı bazarın rəhbərliyinə müvafiq xəbərdarlıq edilmişdir.


Geri dön