Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Həftə-Reytinq > İranda daşqın nəticəsində ölənlərin sayı artıb

İranda daşqın nəticəsində ölənlərin sayı artıb


31-07-2022, 20:56. Yazar: Xeberaz
İranda daşqın nəticəsində ölənlərin sayı artıb
İranda genişmiqyaslı daşqınlar nəticəsində bir həftə ərzində azı 69 nəfər ölüb.

"Unikal" iran mediasına istinadən xəbər verir ki, bu barədə bazar günü Respublika Fövqəladə Hallar Təşkilatının sədr müavini Nejad Cahani məlumat verib.

Cahaninin sözlərinə görə, ölənlərdən altısı İraq vətəndaşıdır. Həməçinin, daha 45 nəfər itkin düşənlər siyahısındadır.

Qeyd edək ki, təbii fəlakət İranın 31 əyalətindən 24-nə zərər vurub.

Meteoroloqlar avqustun 1-dək dağlarda və çayların sahilində gəzintidən çəkinməyə çağırıb


Geri dön