Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 / Araşdırma > MƏRKƏZİ (TARQOVU) KÜÇƏDƏ İNSANLARA QORXULU ANLAR YAŞADIB ARADAN ÇIXDILAR

MƏRKƏZİ (TARQOVU) KÜÇƏDƏ İNSANLARA QORXULU ANLAR YAŞADIB ARADAN ÇIXDILAR


12-07-2022, 03:45. Yazar: Xeberaz

Paytaxtın mərkəzi küçəsi (Tarqovu) Tərlan Əlyarbəyov küçəsində 2107 markalı 99-MO-176 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü və yanında əyləşən gənc avtomobili idarə etməkləri bir yana insanların çoxluq təşkil etdiyi şəhərimizin mərkəzi küçəsində səs-küy salmaqla yanaşı şəhərimizə gələn turistlərə qarşı kobud hərəkət və təhqirə ramiz nalayiq ifadələr işlətməklə xuliqanlıq edərək avtomobili insanların üzərinə təhlükəli sürməklə qorxulu anlar yaşadıblar.

Hadisə şahidlərinin verdiyi məlumata görə, gənclərin özlərində olmamasını narkotik vasitələrinin təsiri altında olduğunu bildiriblər. Vətəndaşlardan ərazi üzrə xidmətdə olan polis əməkdaşlarına xəbər versələrdə onlar hadisə yerinə gələnə kimi sözü gedən şəxslər aradan çıxaraq hadisə yerindən uzaqlaşıblar. 

YPX-nin əməkdaşlarından xahiş edirik 99-MO-176 dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlayaraq məsuliyyətə cəlb etməklə cəzalandırılsın.


Geri dön