Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual > "Məmur adı altda qorxaq rekət ordusu" Və ya hamısı "kişi" idilər.

"Məmur adı altda qorxaq rekət ordusu" Və ya hamısı "kişi" idilər.


25-06-2022, 19:24. Yazar: Xeberaz

Bu gün  Bakı şəhərinin "28 may"  metrosu ərazisində ciddi "təmizləmə işləri aparılırdı. "İməcilik"də iştirak edən, qanunsuz artırılmış balkonlar kimi özlərindən metrələrcə önə kürəyin çıxmış qarınları "burunlarında" olan "agirayaq" məmurlar fədakarlıqla iştirak edirdilər. İstirahət günü özlərini işlərinə "qurban" edən bir qurup "fədailəri" günün "qəhramanı" olmağa can atırdılar.  Məhz bu səbəblə şəhərin "estetik gözəlliyini pozan avara küçə saticilarına " avazları cixdıqları qədər bağirırıb, hədə-qorxu gəlmək, əmirlər yağdirmaq yarısına çıxmışdılar. 

Yayın nəfəs kəsən istisində, bir yarpaq kölgəyə möhtac halda ailə-usaqları üçün çörək qazanmağa çalışan zəhmətkeş insanlar "reket"ordusunun qarşısında sanki böyük günah etmişlərcəksinə müti halda satdıqları məhsullarını yağmadan qorumağa çalışırdılar. 

Baş verənləri müşahidə etdikdən bir qədər sonra "reketin"birinə yaxınlaşıb, fəaliyyətlərinin hansı qanunvericilik əsasında apardıqlarını soruşdum. Jurnalist olduğumu bildikdə, üzünü yana çevirib, məni özündən gənc "səlahiyyət nümayəndəsinə" yönəltdi.

 Səlahiyyətli nümayəndə həmkarından da qorxaq çıxıb məndən qaçmağa başladı. Üzümü digər reket dəstəsinin nümayəndələrinə tutaraq,  hansı qurumu təmsil etdiklərini soruşduqda, biri Qida Təhlükəsizliyinin, bir başqası  Ticarət Deportamentinin, digər birisi isə Bakı şəhər İcra Hakimiyyətinin adını söylədi. Yəni buyruq qulu olan rejetlər özləri belə kimə və nəyə xidmət etdiklərini belə bilirdilər.

Maraqlı bir fakt ondan ibarətdir ki, bu gün qeyri iş günüdür. Bizim "reket  dostlarımız" yuxarıda adlarını qeyd etdiyim Ticarət Deportamentinin, Qida Təhlükəsizliyinin və ya İcra Hakimiyyətinin  əmakdaslarıdırsa, niyə fəaliyyətlərini həftənin iş günlərində deyil, qeyri iş günlərində həyata keçirirlər?  

Digər bir maraqlı faktlar ondan ibarətdir ki, Dövlət Silahlı Qüvvələr bayramı ilə əlaqədar olaraq həftənin son üç gününün qeyri iş günü olması bizim "məmur fədailərimizi" hərəkətə keçirdi. Necə olsa da onların hərəkətlərindən şikayət etmək üçün bütün aidiyyəti orqanlarr istirahətdədir. İş günü başlayanda isə hər şey unudulub gedəcək. Necə deyərlər:-" Qurd dumanlı gün axtarar" Deyəsən bu yerdə qurda da haqsızlıq etdim. Çünki qurd ovunun üzərinə tülkü xisləti ilə deyil, cəsarətlə gedib, öz "imzasını" qoyur.

Sanırsınız bizim günümüzün "igidləri" bununla da kifayətlənirlər? 

Kas ki,....

"Qocaların"içərisindən çıxan, və sahibinə daha çox xoş gəlməsi üçün "qan-tər" tökən gənc birisi, məni "axmaq"adlandirmaqdan belə çəkinməyib, təhqir etmək cəsarəti də göstərdi. 

Hər birinin  tutu quşu kimi avazla təkrar etdikləri tək bir kəlmə var idi ki, küçədə goyulmus dondurma aparatının içərisindəki ərzaqlar insan orqanizmasına mənfi təsir göstərir, o səbəbdən də yığışdırılır. Əslində insafı əldən vermədən, təqdirəlayiq bir hal olduğunu söyləmiz lazımdır. Lakin niyə bu tədbir şəhərin digər ərazilərində deyil, yalnız "28 May" ərazisində aparılır?

 Ya bəlkə orada bilmədiyimiz başqa bir oliqarxın "bazarı ölür?"

Sərvət qazanmaq hər kəsin arzusudur. Övladını yasatmaqsa hər kişinin borcudur. Bu gün orada çörəkləri əllərindən alınan onlarca kasıb insanların bəlkə də evlərində dərmana möhtac ağır xəstələri, südəmər körpələri üçün  zəruri ehtiyaclarını qarşılamağı düşünürdülər. Nə yazıq ki, kiminsə dövləti artsın deyə, kimsələrdən ac yatıb, ac qalxmağa məhkumdur.

"Mərd kişilik" qanunlar.


Geri dön