Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Xanım müştərini yolda düşürən sürücü - CƏZALANDI

Xanım müştərini yolda düşürən sürücü - CƏZALANDI


24-06-2022, 16:11. Yazar: Xeberaz


"Xeberaz.Az"-a müraciət edən  Ağazadə Elza adlı vətəndaş bildirir ki,  Nizami rayon ərazisindən Razin qəsəbəsinə getməsi üçün ☆9933 Taksi şirkətindən istifadə etməli olur. 

Sifarişi qəbul edən 90-PT-633 dövlət nömrə nişanlı qeydiyyatda olan Toyota/Prius  markalı avtomobilin sürücüsü İsmayılov Nicat təyin olunan yerə 2 dəq çatıram deyərək 30 dəqiqəyə yaxın vaxtda gec gəlib çatıb.


Hələ azmış kimi xanım müştərini təyin olunan ünvana çatırmayaraq yolun ortasında azyaşlı qız uşağı ilə birlikdə maşından düşürərək çıxılmaz vəziyyətdə qoyub. 

Sürücünün bu hərəkətinin qarşılığında xanım müştəri A.Elza ☆9933 Taksi şirkətinə zəng edərək sürücü ilə bağlı narazılığın bildirib. 

 

Şirkətin Şikayətlər üzrə şöbəsindən Nəzrin adlı xanım əməkdaş baş vermiş məsələ ilə bağlı bildirib ki, artıq şirkət tərəfindən müraciətçinin şikayəti nəzərərə alınaraq sözü gedən Taksi sürücüsünü şirkətin Taksi fəaliyyəti üzrə olan sistemindən blok edilərək uzaqlaşdırılıb. 

Nəzrin xanım baş vermiş hadisə ilə əlaqəli olaraq müraciətçi xanımdan şirkətin adından üzürhaqlıq edərək minəttdarlığınıda bildirib ki, belə halları bizə xəbər edərək məlumatlandırırsınız.


Geri dön