Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt > “Azərsu” ASC-dən narazılıq - Bir ildən çoxdur kanalizasiya xəttinin ətrafı asfaltlanmayıb - FOTO

“Azərsu” ASC-dən narazılıq - Bir ildən çoxdur kanalizasiya xəttinin ətrafı asfaltlanmayıb - FOTO


16-05-2022, 12:42. Yazar: Xeberaz

“Azərsu” ASC-nin yarımçıq qoyduğu işlərdən biri də Nizami rayonu, Şirin Mirzəyev 72-də kanalizasiya xəttidir.

Faktinfo.az xəbər verir ki, kanalizasiya xətti tıxanmadan təmizlənərkən ətrafının asfalt örtüyü dağıdılıb, amma sonradan ora asfalt vurulmayıb.Bu səbəbdən, yağış suları xəttin ətrafında yığılır,ora axır, ərazidən qoxu iyi də gəlir. Sakinlərin bildirdiyinə görə, son bir ildə kanalizasiya xəttinin ətrafının asfalt örtüklə nizamlanmaması səbəbindən bir neçə şəxsin ayağı çalaya düşərək zədələnib. Bu hadisələr adətən axşam saatlarında baş verib.


Birinci məlumatlanmaq üçün facebook
Geri dön