Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Şou-Biznes / M2 > Son zamanlar səhnə geyimləri və “Lolipop” mahnısı ilə gündəmdə olan türkiyəli müğənni Gülşen Bakıya gəlir.

Son zamanlar səhnə geyimləri və “Lolipop” mahnısı ilə gündəmdə olan türkiyəli müğənni Gülşen Bakıya gəlir.


19-04-2022, 17:59. Yazar: Xeberaz

"Xeberaz.Az" xəbər verir ki, Mega Müzik şirkətinin təşkil etdiyi konsert 27 may Bakı Konqress Mərkəzində keçiriləcək.

7 il sonra Bakıda komandası ilə səhnəyə çıxacaq müğənni 1,5 saatlıq proqramda sevilən hitlərini səsləndirəcək.

Səhnədə fərqli obrazlara üstünlük verən Gülşen paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkəcək. Belə ki, sənətçiyə Bakı konserti üçün xüsusi geyim hazırlanır.

Qeyd edək ki, tədbirə biletlərin qiyməti 35 manatdan 220 manatadəkdir.
Geri dön