Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya > Misirdə qadın tik-tokerlərin həbsi davam edir

Misirdə qadın tik-tokerlərin həbsi davam edir


19-04-2022, 16:26. Yazar: Xeberaz

Misirli tik-tok ulduzu insan alveri ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo bu barədə BBC saytına istinadla xəbər verir ki, 20 yaşlı məşhur tik-toker Hanen Hossam sosial media vasitəsilə pul qarşılığında qızları istismar etməkdə günahlandırılıb.


İnsan haqları müdafiəçiləri Hanenin qadın tik-tok influenserlerə qarşı basqı çərçivəsində həbs edildiyini bildirir.
Onlar bildirir ki, 2020-ci ildən bu yana Hanen və milyonlarla izləyicisi olan digər 11 qadına qarşı ittihamlar məxfilik hüquqları və ifadə azadlığı haqqının pozulmasıdır. 
Hossam paylaşdığı videolarda mahnı sözlərinə uyğun dodaqlarını tərpədir və rəqs edir. Onun tik-tokda 900 min izləyicisi var. 
2020-ci ildə məhkəmə Hossam və digər tiktoker Mavada Al Adhamı "ailə dəyər və prinsiplərini” pozmaq ittihamı ilə 2 illik həbsə məhkum edib və 12 min dollar cərimələyib. Onlar 2021-ci ildə bəraət alıblar.

Geri dön