Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / İdman / M2 > Sənan Qurbanovun istefası qəbul edildi

Sənan Qurbanovun istefası qəbul edildi


16-04-2022, 13:53. Yazar: Xeberaz
"Şamaxı" klubu baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib.
Bölgə təmsilçisinin Mətbuat Xidmətindən verilən məlumata görə, klub rəhbərliyinin qərarı ilə baş məşqçi vəzifəsinin icrası Rüstəm Əliyevə tapşırılıb.
Komandanın sabiq futbolçusu Rail Məlikov isə "Şamaxı-2"nin baş məşqçisi olub.
Qeyd edək ki, Sənan Qurbanov "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra istefa verib. Rail Məlikov "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları XXII tur matçından əvvəl karyerasını bitirib.


Geri dön